Orta məktəb dərslikləri çap edən nəşriyyatlar vergidən azad olunub. Bu barədə Milli Məclisin bugünkü sessiyasında qərar qəbul edilib.
Bu məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində əks olunub.
Dəyişikliyə görə, bundan sonra orta məktəb dərslikləri, uşaq ədəbiyyatı və büdcədən maliyyələşdirilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə məşğul olan redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunacaq.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputatlardan Fazil Mustafa və Sabir Rüstəmxanlı digər kitabların da vergidən azad edilməsi ilə məsələ qaldırıblar.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?