Sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində ciddi problem olmadığı üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülməyib.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.
H. Əlixanovun sözlərinə görə, bir müddət əvvəl o, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin qəbulunu keçirib.
Həmin vaxt orada saxlanılan G. Əhmədova səhhəti ilə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini xahiş edib: «Biz də o müraciətlə bağlı Baş Səhiyyə İdarəsinə məlumat verdik. Onların mütəxəssisləri tərəfindən Gülər Əhmədova müayinə edildi. O, səhhətində ciddi problem olmadığına görə müalicə müəssisəsinə köçürülmədi».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?