Ağstafa rayonunda babası evinə girən nəvə onun nə az, nə çox, düz 3700 manatını oğurlayıb. Trend Kəpəz TV-yə xəbər verir ki, oğurluq edən azyaşlı T.B. ələ keçirdiyi pulu xərcləməyə macal tapmamış Qazax polisi onu saxlaya bilib. Aparılan axtarış tədbirləri nəticəsində məlum olub ki, Fidail Xasayev evdə olmayan zaman nəvəsi 15 yaşlı T.B. pəncərəni sındıraraq mənzilə daxil olub. Oğurladığı pulun bir manatını da xərcləməyən azyaşlı onu polisə təhvil vermək məcburiyyətində qalıb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?