GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Benzin bahalaşandan belimiz sınıb...”

“Benzin bahalaşandan belimiz sınıb...”

Tarix: 5-12-2013, 16:48 Bölmə :Ölkə Baxış: 847
“Benzin bahalaşandan belimiz sınıb...”
Lənkəranlı taksü sürücüləri çarəsiz durumdadır

Benzinin qiymətinin qalxmasına etiraz edən Lənkəranın bir qrup taksi sürücüsünün dekabrın 3-də bu şəhərin avtovağzal ərazisində aksiya keçirmək cəhdi baş tutmadı. Polis etiraza yığışanları dağıtdı. Bir neçə taksi sürücüsünə xəbərdarlıq edildi.

“Azadlıq” radiosunun müxbiri bundan sonra Lənkəran şəhərində taksi sürücülərin toplaşdığı yerlərə baş çəkib. Bu yerlərdən biri də mərkəzi bazar hesab olunur. Taksi sürücüləri ilə söhbət heç də asan olmadı. Sürücülərin bəziləri danışmağa ehtiyat edirdilər. Deyirdilər ki, onlara ciddi xəbərdarlıq edilib.

Bazarın ətrafında onlarla taksi maşınları gözə dəyirdi. Bu taksi maşınları əsasən «Jiquli» və «QAZ-24» markalı köhnə maşınlardan ibarətdir.

«Jiquli» markalı maşınlardan birinin sürücü Yusif Abdullayev bildirdi ki, taksi sürücüləri indi özlərinin ən çətin dövrlərini yaşayırlar: «Ömür boyu taksi olub burda. Ancaq imkan vermirlər. Kimisə görməlisən, baxmalısan. Sahə müvəkkili ilə tanış olmalısan. Avtostansiyasının içində qəti saxlamaq mümkün deyil. Yenə imkan verilmir. Hazırda benzin bir az da bahalaşıb. Onun da təsiri ancaq taksi sürücülərinə dəyir. Çünki həmin qiymətdir, həmin qara camaatdır, taksiyə minənlər. Varlı adamların, milyoner adamların taksidə nə işi var? Hamısının altında maşınları, əməli-başlı yaşayırlar. Kasıb camaatdır ki, bazarlıq eləyib evinə aparsın. O da ki, bir kisə un alır, qoyur maşına aparsın, 1 manat verir. 1 manatın da ki, 70 qəpiyini benzinə verəndə burdan ən yaxın kəndə - Sütəmurdova apardığımız mal bizi heç qane eləmir».



Sürücü danışa-danışa ətrafa diqqətlə baxır. Narahatlığını hiss etməmək mümkün deyil. O deyir ki, taksi dayanacaqları da yoxdur. Bu baxımdan istənilən vaxtı onları ərazidən çıxarda bilirlər.

«Gün ərzində 5-6 müştəri apara bilərik. Onu da ki, 5 manatdan 70 qəpikləri çıxanda evimizə 2 manat, yaxşı halda 3 manat pul aparırıq» - Yusif Abdullayev davam edir.

O deyir ki, benzin bahalaşsa da taksidə xidmət haqqı dəyişməyib, bahalaşma ən çox onlara zərbə vurub.

Y.Abdullayevin bildirdiyinə görə, taksidən qazandığı pul ancaq yeməyə çatır: «Nə işıqpulu, nə qazpulu, nə supulu - bunların heç birisinə çatmır. Ancaq göy-göyərti, çörək, bir də balıq tapsaq, o olur. Ala bilməyəndə boş gedirik evə. 6 baş ailəyəm, oğlum evlənib, yoldaşı, uşağı, 3 baş da özümüz - evdə 6 baş ailəyik. Yoldaşım pensiya alır. İşsizəm, iş yoxdur. Ancaq taksi fəaliyyəti ilə 2-3 manat qazanırıq, 5 manat olanda əlimizi göyə qaldırırıq. İş yoxdur. Bəzi yerlərdə yalandan fabrik açılıb. Onlar da nə maaş verirlər?! Camaat da məcburdur kreditə, borca bir maşın götürüb, 1-2 manat qazansın».

Avtovağzal ətrafında toplaşan taksi sürücüləri isə deyir ki, benzin bahalaşandan sonra müştəri yoxdur. Dayanacaqda saatlarla gözləyib günlərini keçirdirlər.

Sürücülərdən biri vəziyyətin ağır olduğunu deyir: «Benzin bahalaşıb, vəziyyət çox çətindir. 9 baş ailəyəm, mən çox çətin yaşayıram. Yollar da olub xaraba. İndi də benzin bahalaşıb, vəziyyətimiz pisləşib. Biz nə eləməliyik? Kimə müraciət edək? Hansı ölkəyə müraciət edək? Necə yaşayaq bu həyatda? 2-3 saat işləyirəm. İş olmur ki, səhərlər olur. Vəziyyətim yaxşı olsaydı, maşını təmir edərdim də. İndi də hər şey baha. Gündəlik 5-6 manat qazancımız olur. Onunla 9 baş ailə yaşaya bilər?»



Digər bir sürücü də deyir ki, onları insan yerinə qoyan yoxdur. Belə olmasaydı, əhalinin rəyini nəzərə almadan benzinin qiymətini qaldırmazdılar: «Bizim işimiz nə gündədir? Benzin qalxanı belimiz sınıb. Tərpənməmişik burdan. Gündə bir manat pul qazan bilmirik? Bu necə iş, bu neçə dövlət, bu necə yaşayış? Camaatla bir maraqlansınlar, nə var, nə yox? Elə dərhal benzini qaldırmaq olar. Bir baxın, millətin vəziyyəti necədir. Millət pis gündə yaşayır. Bu işləməkdir? Dövlət bir maraqlansın millət işləyə bilir, ya yox. Biz evə bir dənə çörək aparmalıyıq, yoxsa yox?».

Söhbət əsnasında ətrafdakı taksi sürücüləri başımıza toplaşırlar. Onlardan biri artıq heç nədən qorxmadığını deyir: «Mən qorxmuram, heç nədən qorxmuram. Benzini qaldırıb 70 qəpiyə. Camaata necə deyək ki, bizə 2 manat ver? Camaat söyür bizi, Allaha and olsun. Saat 7-də çıxmışıq, saat

3-4, üç manat pul, necə qazanım? Hökumət bizə bir çarə qılsın».

Sonda onu da bildirək ki, Lənkəran şəhərində 1000-dən çox taksi maşınının olduğu deyilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda taksi sürücüsünü soydular

    Bakıda taksi sürücüsünü soydular ...

    16-09-2015, 12:39

  • 
  • Bakıda taksi sürücüsünə qarşı cinayət törədildi

    Bakıda taksi sürücüsünə qarşı cinayət törədildi ...

    4-02-2015, 12:30

  • 
  • Bakıda “Range Rover” taksi oldu

    Bakıda “Range Rover” taksi oldu ...

    4-12-2014, 23:22

  • 
  • Taksi sürücüsü müştərisini döyüb zorladı

    Taksi sürücüsü müştərisini döyüb zorladı ...

    9-12-2014, 00:40

  • 
  • Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü maşınla vurdular - FOTOLAR

    Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü ...

    6-02-2015, 23:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu