Redaksiyamıza daxil olan məlumata görə, «Gündəm Xəbər» qəzetinin əməkdaşı Dəyanət Azərsoy bu gün səhər saatlarında Dövlət Yol Polisinin əməkdaşları ilə mübahisə edərkən polis tərəfindən saxlanılıb.
Öyrənə bildik ki, DYP tərəfindən əraziyə dəvət olunan polis işçiləri jurnalisti 19-cu polis bölməsinə aparıblar. DİA.AZ-a bu barədə açıqlama verən Dəyanət Azərsoy DYP əməkdaşlarının fotolarını çəkdiyindən aralarında mübahisə yarandığını bildirdi:
«Mənimlə onlar arasında mübahisə yarandı. Mən «102»yə zəng etdim, onlar da post-patrul xidmətini çağırıb, qanunsuz olaraq 19-cu polis bölməsinə gətirdilər».
Hazırda durumu ilə bağlı ona heç nə deyilmədiyini və polisin həyətində saxlanıldığını bildirən jurnalist bölmə rəisindən görüş istədiyini də söylədi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?