GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncə Müəllimlər İnstitutunda saxta diplom bazarı

Gəncə Müəllimlər İnstitutunda saxta diplom bazarı

Tarix: 8-12-2013, 20:51 Bölmə :Ölkə Baxış: 5 439
Gəncə Müəllimlər İnstitutunda saxta diplom bazarı
Təhsil nazirliyi, ingilis bayrağı, geydirmə araq, saxta müəllim və...Əlahəzrət Fakt
Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi tərəfindən saxta diplomlarla bağlı aparılan apaşdırmalar zamanı Cəncədə məşhur kombinator Ostap Benderin belə həsəd aparacağı bir fırıldağa rast gəlinmişdi.Yoxlamalar zamanı bu şəhərdə saxta diplomlu müəllimlər aşkarlanmışdı. Sual oluna, həm də haqlı sual oluna bilər ki, biz saxta ərzaq məhsullarının, pal-paltarın, bir sözlə, gündəlik tələbat mallarının saxtasının olduğunu, siqaretin, arağın geydirməsinin satıldığını bilirdik, əcəba, bu saxta, geydirmə müəllim nə olan şeydir?
Səbrinizi basın, izah edim. İmkan verin bir sual da mən verim: Bəs siz hər gün televiziyadan analoqu olmayan inkişaf, analoqu olmayan tikili, analoqu olmayan hadisə, analoqu olmayan tədbir, analoqu olmayan daha nə bilim nə, nə, nə eşidəndə heç fikirləşdinizmi və ya kimsəyə sordunuzmu ki, bəradər, bu “analoqu olmayan” nə deməkdir? Onda o iki kəlməni necə qəbul etmişdinizsə, bunu da eləcə sinirin: bu da həmən o “analoqu olmayan” nəsnələrdən biri, onun oxşarı, bir az da dəqiqləşdirsək, hətta o “analoqu olmayan”ları kölgədə qoyan ANALOQSUZ hadisə. Bəs necə, diplomları saxta olan müəllimlərə harda rast gəlinib? Lap konkret desək, saxta diplomlarla çalışan müəllimlərə dünyanın hansı geridə qalmış ölkəsində rast gəlmək olar? Hələ onu demirik ki, saxta diplomlu müəlliminin olması bir xalq, bir cəmiyyət üçün bədbəxtlikdirsə, o saxta diplomlu “müəllimin” sinifə, auditoriyaya girməsi artıq o xalq üçün faciədir. Bax biz bu gün bədbəxt günlərimizi geridə qoyub bu faciəni yaşayırıq.
Yuxarıda haqqında bəhs etdiyimiz yoxlamalar zamanı Gəncənin 40 saylı tam orta məktəbində bir neçə saxta diplom aşkarlanıb. “Gündəm xəbər” bildirir ki, bu haqda massmedia.az saytında məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki, həmin məktəbdə aşkarlanan saxta diplomlardan biri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Müzəffər qızı Həsəncanovaya məxsus olub.
Araşdırma zamanı aşkar olunub ki, Lalə Həsəncanova Azərbaycan
Müəllimlər İnstitunun Gəncə filialının ibtidai sinfin metodikası fakultəsində 2005-ci ildə qiyabi baza təhsili alıb. Daha sonra isə yenidən hazırlanma kursları əyani olduğu halda, o, işdən ayrılmadan çalışdığı tədris ocağına guya həmin kursu keçməsi haqqında diplom təqdim edərək Azərbaycan dili və ədəbiyyatdan dərs deməyə başlayıb.
Ancaq... Azərbaycan Müəllimlər İnstitutunda, eləcə də onun filiallarında yenidən hazırlanma kursları əyani olduğundan və onun orada kurs keçmədiyi təsbit edildiyindən L.Həsəncanovanın diplomu saxta sayılaraq işdən azad edilmişdir.
Biz isə əlavə araşdırma apararkən Gəncə Müəllimlər İnstitutundan öyrəndik ki, Lalə Müzəffər qızı Həsəncanovanın işlədiyi tədris müəssisəsinə yenidən hazırlanma kursu keçdiyi haqqında təqdim etdiyi diplom... Nərmiyə Şəmil qızı Kərimovaya məxsusdur. Belədə isə ortaya Əlahəzrət Fakt çıxır ki, L.Həsəncanovanın iş yerinə təqdim etdiyi Seriya YB N 002959 nişanlı yenidən hazırlanma haqqında kurs diplomunun iki sahibi var. Başqa cür desək, bir diplomun iki adaxlısı var. Hələ bunlar nədir ki?.. Daha maraqlısı odur ki, bu diplomla bağlı 04.02 2013-cü ildə Təhsil Nazirliyinin adından o vaxt Təhsil Nazirliyinin Aparat rəhbəri, indi isə yeni təhsil nazirinin müşaviri olan İlham Pirməmmədov Gəncə Müəllimlər İnstitutunun Kərimova Nərmiyə Şəmil qızının adına verdiyi diplomun Lalə Həsəncanovaya məxsus olduğunu təstiqləyib.(?!) Sual olunur: Yoxlama zamanı sözügedən diplomun saxta olduğunu təsdiqləyən Təhsil Nazirliyi sonradan necə oldu ki, fikrini dəyişdi? Onları buna, necə deyərlər, ingilis bayrağı kimi gah bu, gah da digər tərəfə əsməyə kim və başlıcası da nə vadar etdi? Yeri gəlmişkən qeyd edək ki, bu kimi saxta diplomu olanlar və haqlı olaraq işdən çıxarılanlar geriyə-iş yerinə qaytarılmasalar da, nədənsə adı gedən müəllimə məktəbdəki işinə qayıtmağı bacarıb- nə qədər müəmmalı olsa da, işləmək üçün əlində əsas tutduğu diplom başqasının olmasına baxmayaraq.
Gerçək isə budur ki, bu kimi maxinasiyalara nəfsinə qul olub qol qoyanlar, yəni ki, o diplomu verənlər, o diplomu alanlar, o saxtakarlığın qarşısına durmaq əvəzinə maddi marağı səbəbindən ona hamilik edib rəvac verənlər məsuliyyətə cəlb edilməli halda... gördüyünüz kimi, hoqqabazlıqlarını sürdürməkdədirlər. Nə vaxta kimi? Təzə təhsil nazirinə nə vaxt “təzə” deməyəcəyik, o vaxta qədərmi? Bizə, bütün bunlara rəğmən bircə söz demək qalır: Allah heç səbr verməsin!


Mehriban Əzizqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vahid Ələkbərovdan analoqu olmayan layihə

    Vahid Ələkbərovdan analoqu olmayan layihə ...

    29-03-2014, 16:44

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama

    Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama ...

    25-01-2014, 11:38

  • 
  • Saxta diplom satanlar tutulub

    Saxta diplom satanlar tutulub ...

    22-02-2014, 14:52

  • 
  • Azərsu ASC-nin rəhbərliyi dünyada analoqu olmayan yeni bir qayda

    Azərsu ASC-nin rəhbərliyi dünyada analoqu olmayan ...

    20-11-2014, 20:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu