“Lukoyl” şirkəti İraqdakı “Qərbi Kurna-2” yatağına iki il ərzində ümumilikdə 4 milyard dollar investisiya ayırıb
“Gudemxeber.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, şirkət bu gün sutka ərzində 120 min barrel neft hasil edir. İlin sonuna qədər həmin ərazidə neft hasilatı sutkada 400-450 min barrelə çatacaq. Öz növbəsində Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç qeyd edib ki, bu, Rusiya şirkətinin həyata keçirdiyi irihəcmli dünya layihəsidir. İraqın neft naziri Əbdülkərim Lueybi isə əminliklə vurğulayıb ki, “Qərbi Kurna-2” dünyanın ən iri neft layihəsidir və analoqu yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?