GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncədə Rəsulzadəyə böyük hörmətsizlik

Gəncədə Rəsulzadəyə böyük hörmətsizlik

Tarix: 8-12-2013, 20:53 Bölmə :Ölkə Baxış: 1 266
Gəncədə Rəsulzadəyə böyük hörmətsizlik
Baqramyanın postamenti üstündə... Rəsulzadə

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin önsüllərindən biri olan Məmməd Əmin Rəsulzadəyə ögey münasibət demək olar ki, günümüzə qədər davam etməkdədir. 1918-ci ildə onun yaratdığı dövlət atributunu-üçrəngli bayrağı 80 il sonra başı üzərinə qaldırıb imperiya buxovlarından, metropoliyadan xilas olana-müstəqil dövlət qurana qədər daşıyan hərəkatçılar-AXC öncülləri belə sonralar hakimiyyətdə təmsil olunsalar da, yenə cümhuriyyət qurucusuna-öndərə münasibət dəyişmədi. Yəni ki, onun xatirəsinin əbədiləşdirilməsi-hər hansı şəhərin meydanlarından birində, görkəmli şəxsiyyətə layiq görkəmli bir yerdə abidəsinin ucaldılması unuduldu.
“Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Cümhuriyyət qurucusunun bayrağını qaldıran Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət dövrü elə cümhuriyyətçilərinki kimi uzun sürməsə də, qaldırılan bayraq... bir daha enmədi. Amma... öndərə münasibət yenə dəyişmədi. Düzdü, M.Ə.Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün adını Bakıda bir qəsəbəyə verdilər, hətta bu adda küçə də var, metronun “28 may” stansiyasında rəsmini çizdilər, amma... zənnimizcə bunlar o böyük insanın bu xalq qarşısında xidmətlərinə adekvat deyil. O, bu xalq üçün etdiklərinə rəğmən daha çox hörmətə, daha üstün diqqətə layiq olmalı idi.
Yoxsa... Şərqdə ilk demokratik respublikanın banisinin Gəncədə- yaşayış binalarının arxasında, sahəsi o qədər də böyük olmayan, həm də baxımsız qalan “Dəmiryolçuların mədəniyyət və istirahət parkı”nda “büstünü” qoyasan...
Bu, hörmətdən daha çox... Ardını yazmağa adamın əli gəlmir.
Baxımsızlıq isə sadəcə adamı ağrıdır və istər-istəməz düşünməyə vadar edir: Bu büst nə, bu park nə, bu görkəm nə?! Bu minnətdənsə bu olmasa daha yaxşı olmazdımı?
Qeyd edək ki, bir müddət öncə adı çəkilən park Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADDY QSC) təmir tikinti departamenti tərəfindən əhatəyə alınıb. Burada təmir işləri aparılmalıdır. Ancaq aradan xeyli müddət keçsə də təmir aparılmır ki, aparılmır. Əldə etdiyimiz məlumata görə, Dəmir Yollarının rəsmiləri, daha dəqiq desək, təmir tikinti departamentinin rəhbərliyi daha öncə parkı, onun ətrafındakı dəmiryolçulara məxsus kitabxananı, veteranlar evini və s. təmir edəcəklərini bildirsələr də, indi bu işlərin gündəmdə olmadığını deyirlər...
[b]Cəhənnəmə olsun, gora olsun! Zənnimcə, heç olmasa yaxşıdır. Mənə qalsa, o parkı büstqarışıq buldozerin qabağına verib yerlə-yeksan etmək lazımdır ki, izi-tozu da qalmasın. Çünki belə etməklə hansısa qanıqarışıq, hissiz-düşüncəsiz, fırıldaqçı və dələduz, dəyərlərimizə düşmən soysuz bir məmurun səhvini düzəltmiş olarıq. Odur ki, ömrünü Gəncədə yaşamış birisi olaraq diqqətinizə indiyədək heç yerdə dərc olunmamış, ictimailəşməmiş və eyni zamanda təkzibedilməz bir xəbəri təqdim edirəm: Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gəncədə yerləşən “Dəmiryolçuların mədəniyyət və istirahət parkı”ndakı büst Sovet İttifaqı Qəhrəmanı, marşal Baqramyanın büstüdür. Müstəqillik dönəmində sadəcə olaraq postamentin üstündən Baqramyanın başını götürüb onun yerinə M.Ə.Rəsulzadənin başını qoyublar. Yazı lövhəsini isə siliblər. Bu da o deməkdir ki, sözügedən parkda Baqramyanın postamenti üzərində M.Ə.Rəsulzadənin başı görünür.
Yəni ki, başı başla dəyişiblər (Yəqin bunu edən nadanlar heç fikirləşməyiblər ki, kimin başını nəyin başı ilə dəyişdirirlər). Xalq arasında da o büstə Baqramyanın büstü deyirlər.
İndi siz deyin, bu, bir dövlətin qurucularından olan M.Ə.Rəsulzadəyə hörmətdir, yoxsa hörmətsizlik? Yəni doğrudanmı o boyda bir şəhərdə mütəfəkkirin büstü üçün bir layiqli yer tapılmayıb? Bax, hər şeydən öncə bu səhvi düzəltmək lazımdır.
Allaha şükür, artıq ölkə başçısı Cümhuriyyət banisinin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsi haqqında sərəncam da imzalayıb. Bu, prezidentin mövqeyidir ki, ortaya qoyub. İndi söz sərəncamdan irəli gələn vəzifələri yerinə yetirənlərindir.

Mehriban
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tiflisdə Rəsulzadəyə abidə

    Tiflisdə Rəsulzadəyə abidə ...

    15-03-2013, 10:25

  • 
  • "Vahid Millət" Dövlətçiiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

    "Vahid Millət" Dövlətçiiliyə Dəstək ...

    27-05-2013, 19:12

  • 
  • 28 May - Respublika Günüdür

    28 May - Respublika Günüdür ...

    28-05-2015, 13:12

  • 
  • Səxavət Məmmədovun qardaşından Rəsulzadəyə hörmətsizlik

    Səxavət Məmmədovun qardaşından Rəsulzadəyə ...

    26-11-2013, 12:58

  • 
  • Sahil bağı "Cümhuriyyət Bağı" adlandırıla bilər

    Sahil bağı "Cümhuriyyət Bağı" ...

    10-12-2013, 23:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu