GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qətlə yetirilən üç günlük körpə və qatil nənə

Qətlə yetirilən üç günlük körpə və qatil nənə

Tarix: 24-12-2012, 11:52 Bölmə :Ölkə Baxış: 858
Qətlə yetirilən üç günlük körpə və qatil nənə

Daha bir ailə faciəsi


gundemxeber.az 2010-cu il yanvarın 28-də Lənkəran rayonunun Siyavar kəndində ailə münaqişəsi zəmində dəhşətli qətl hadisəsi baş verib. Bu hadisə nəticəsində üç günlük körpə qız uşağı həyatdan məhrum olub. Körpəni qətlə yetirən isə onu dünyaya gətirən qadının anası olub. Bu qətl hadisəsini törədən Minəvvər Rəsulovanın cinayət işini təqdim edirik.


Ailə həyatından ata evinə dönüşədək

Qısa arayış olaraq bildirək ki, Rəsulova Minəvvər Süleyman qızı 1959-cu ildə Lənkəran rayonu Siyavar kəndində anadan olub. İki qız və bir oğul anası olan M. Rəsulova təqaüdçüdür.
2005-ci ildə onun Xəyalə adlı qızı həmin kənddən olan Elməddin adlı oğlanla ailə həyatı qurur. Bu nigahdan Xəyalənin 2 övladı olur. Xəyalə ailəsi ilə bir müddət Rusiya Federasiyasında yaşayır. Sonra o, Lənkərana qayıdaraq, qayınanası ilə birgə yaşamağa başlayır. Arvadının anası ilə yola getmədiyini görən Elməddin Xəyaləni anası ilə eyni həyətdə, lakin ayrı evə köçürür, özü isə yenidən Rusiyaya qayıdır. Bu da qaynana ilə gəlinin aralarının düzəlməsinə kömək eləmir. Xəyalə Elməddinin Lənkəranda olmamasından istifadə edərək başqa bir adamla sevgi həyatı yaşayır. Mobil telefon vasitəsi ilə Etibar adlı birisi ilə tanış olur. Qaynanası gəlininin bu hərəkətini görən kimi oğluna zəng edərək, Xəyalənin ona xəyanət etdiyini söyləyir. Elməddin dərhal Rusiyadan Lənkərana qayıdır. O, boşanmaq üçün məhkəməyə müraciət edir və 4 il ailəli olduğu Xəyalədən ayrılır. Xəyalə iki uşağı da götürüb anası Minəvvərgilə gəlir.
Bu zaman Xəyalənin öz anası ilə də münasibətləri gərginləşmişdi. Hər gün evdə dava-qırğın olurdu. Anası onu belə hərəkət etdiyinə görə qınayırdı. Bu, hələ harasıdı? Əsl dava-qırğın qabaqda idi...

Ər evindən gətirilən «bic»

Xəyalə telefonda tanış olduğu Etibarla münasibətlərini davam etdirirdi. Günlərin birində Xəyalə Etibardan hamilə qaldığını öyrənir. Lakin bu barədə nə Etibarın özünə, nə də anasına bir söz deyir. Xəyalə əvvəlcə hamının bu uşağın əri Elməddindən olduğunu fikirləşəcəyini düşünür. Çünki o, hələ ərdə olan zaman Etibarla münasibətdə olmuşdu. Bir müddət sonra hamiləliyi gizlətmək mümkün olmur. M. Rəsulova qızının hamilə olduğunu öyrənir. Xəyalə anasına 7 aylıq hamilə olduğunu söyləyir. Anası bu uşağın əri Elməddindən deyil, başqa birisindən olduğunu öyrənəndə qızını döyərək işgəncələr verməyə başlayır. M.Rəsulovanın buna əmin olmasına səbəb isə Xəyalənin əri Elməddinin axırıncı dəfə 2 ay əvvəl rayona gəldiyini, daha sonra onların boşanması olur. M. Rəsulova uşağın kimdən olduğunu soruşur. Xəyalə cavabında anasından onun işlərinə qarışmamağı tələb edir: «Bunun sənə dəxli yoxdu. Mənim işlərimə qarışma».
«Bu bici doğmayacaqsan. Sən bizi kənddə biabır elədin. İmkan verməyəcəyəm ki, doğasan» - deyən M.Rəsulova Xəyaləni döyərək qarnında olan körpənin ölməsini istəyir. Lakin Xəyalə 2010-cu ilin yanvarın 25-də rayondakı xəstəxanada dünyaya bir qız uşağı gətirir.
Xəstəxanadan körpə ilə evə qayıdan Xəyalə evdə anası M. Rəsulovanıhn hücumlarına məruz qalır. «Uşağı öldür. Mən sənin bicinə baxan deyiləm» - deyən M.Rəsulova körpənin ya uşaq evinə verilməsini, ya da öldürməsini tələb edir. Çıxılmaz vəziyyətdə qalan Xəyalə anasından uşağı hara ata biləcəyini soruşur. M.Rəsulova «bilmirəm hara atırsan at, bu evdə onu görməyim» deyir. Getdikcə ana və qızı arasında dava-qırğın böyüyür.

Biabır olmaqdan çıxış yolu - 3 günlük körpəni öldürmək

2010-cu il yanvarın 28-də səhər saat 9 radələrində körpənin ağlamaq səsi M.rəsulovanın Xəyalənin üstünə şığımasına səbəb olur. Yenidən qızı ilə dalaşan M.Rəsulova bu dəfə əsəblərini cilovlaya bilmir. O, çarpayının üstündə olan üç günlük körpəni əlinə götürərək «mən demişdim axı, sənin bicinə baxan deyiləm» deyərək körpəni otaqda dəmirdən olan qızdırıcı sobanın üstünə çırpır. Bu zaman körpənin başı partlayır və körpə qanlar içində yerə yıxılır. Körpəsinin qanlar içində yerdə zarıdığını görən Xəyalə onu qucağına alaraq, anasından nə üçün belə etdiyini soruşur. Anası isə cavabında «uşağı yerə çırpdım ki, ölsün» deyir.
Daha sonra M.Rəsulova körpəni Xəyalənin əlindən alaraq, evdə olan başqa bir otağa aparır. Bu otaq heç vaxt qızdırılmırdı. M.Rəsulovanın da körpəni ora aparması məqsədli şəkildə idi. Çünki otaq həddindən artıq soyuq idi. Qanlar içində olan körpəni soyuq otaqda çarpayının üstünə atan qadın otaqdan çıxaraq qapını açarla bağlayır - «bu otağa bir nəfərin girməyini görməyim, uşağı özüm qoydum ki, orada qalıb ölsün» deyərək evdən gedir.

7 saat qanlar içində boğulan körpə
M.Rəsulova getdikdən bir qədər sonra Xəyalə otağın qapısını sındıraraq körpəni oradan götürür. Lakin artıq gec idi. Günorta saat 4-də körpədən xırıltı səsi gəlir və körpə keçinir. Körpənin öldüyünü görən Xəyalənin bacısı kənd mollasına xəbər verir. Molla gələrək körpənin meyitini yuyaraq bükür. Axşam saatlarında heç nə olmamış kimi M.Rəsulova evə qayıdır.
Lakin artıq hüquq-mühafizə orqanları körpənin öldürülməsi faktından xəbərdar idi.

Nəvə qatilinin istintaqa yalan ifadələri

Şahid ifadələri əsasında istintaqa cəlb olunan M.Rəsulova ifadəsində körpəni öldürmədiyini bildirir. O, körpənin Xəyalənin digər uşaqları tərəfindən oynadılan zaman əllərindən düşdüyünü və dəmir sobaya dəydiyini söyləyir.
Lakin Xəyalənin ifadəsi və məhkəmə tibbi-ekspertizasının rəyi M.rəsulovanın yalanını ifşa edir. M.Rəsulova törətdiyi ağır cinayəti etiraf edir: «Mən qızımın bicinə baxan deyiləm. Ona neçə dəfə dedim ki, bu zibilini hara atır atsın, onu evdə görməyim. Sonra da belə oldu...»

P.S Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham olunan M.Rəsulova məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fərid Əkbərov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikdə dəhşətli qətl körpə uşaqların gözü qarşısında törədilib — TƏFƏRRÜAT

    Lerikdə dəhşətli qətl körpə uşaqların gözü ...

    25-12-2014, 02:07

  • 
  • Azərbaycanda 2 uşaq anası başqası ilə qaçdı - VİDEO

    Azərbaycanda 2 uşaq anası başqası ilə qaçdı - ...

    25-12-2014, 01:52

  • 
  • 50 manata görə qardaş bacısını öldürdü

    50 manata görə qardaş bacısını öldürdü ...

    21-01-2015, 23:58

  • 
  • Ata qızını öldürdü

    Ata qızını öldürdü ...

    15-06-2013, 18:12

  • 
  • Kürəkən qumbara ilə 7 qohumunu öldürdü - TƏFSİLAT

    Kürəkən qumbara ilə 7 qohumunu öldürdü - TƏFSİLAT ...

    1-10-2014, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu