Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtdakı geniş biznes şəbəkəsi haqda ilginc məlumatlar almışıq. Savash.org-a daxil olan həmin məlumatlarda bildirilir ki, illərdir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir. Araşdırmalarımızın yekunu olaraq yaxın günlərdə Fərəcovlara bağlı olan restoran, mağaza və apteklər şəbəkəsi haqda geniş məlumat verəcəyik. İndi isə Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan bir müəssisə haqda məlumat vermək istərdik. Bu Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcovun patronluğu ilə çalışan "Ruslan MMC" ilə bağlıdır. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşir. Müəssisə əsasən şirəli içkilər istehsalı ilə məşğuldur və həmin məhsullar "NORF" markası altında satışa buraxılır. "NORF" adının açılışı isə məhsulun Fərəcovlara bağlılığını bir daha təsdiqləyir. Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, "NORF" məhz bu sözlərin baş hərflərinin cəmindən yaranıb: "Nazim OĞLU RUSLAN FƏRƏCOV". Yaxın günlərdə isə Fərəcovların Sumqayıtdakı digər biznes obyektləri haqda təfərrüatlı məlumat verəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?