“Elşənin Türkiyədə restoran açması doğrudur, adı da “Quzu”dur. Amma qiymətindən xəbərsizəm. O gün bizim diplomatlar da o restoranda olublar. Və bunu “feysbuk” sosial şəbəkəsində qeyd ediblər. Hətta mən də şərh yazmışdım. Dedilər əla restorandı”.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş vitse-prezidenti Elşən İbrahimov qardaşları Tağı İbrahimovun oğlu Elşənin Türkiyədə 3 milyon dəyərində qiyməti olan restoran haqqında “Xeberdar.az”a danışarkən deyib.
Xatırladaq ki, dekabrın 7-də İstanbulun sayılıb-seçilən məkanlarından biri olan “Etiler”də Disaporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı oğlu Elşən İbrahimovun restoranın açılışı etməsi barədə “Publika.Az” məlumat yayıb. Restorana baş çəkənlər arasında gözəl azərbaycanlı model Günay Musayeva da olub.
“İstanbula gələn dostlarıma, “Günay, hara gedək, hara gözəldir?”, “Azəri yeməyi hazırla, çox maraqlıdır”,deyən bütün türk dostlarıma, “Twitter” , “İnstaqram”, “Facebook” dostlarıma dönə-dönə deyirəm, artıq ünvan bəllidir!”- fikirlərini sosial şəbəkədə yazan Günay həyat yoldaşı Tolqa Karel və yaxın dostları ilə bərabər restorana baş çəkib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?