O, sevgilisini başqa bir qızla tutdu Dünəndən sevilən müğənni Məsumə Əliyevanın qətl törətdiyi haqqında söhbətlər səngimir. Məsələyə aydınlıq gətirmək məqsədi ilə Vətəninfo.az müğənni ilə əlaqə saxlamağa çalışdı. Saatlarla telefonu bağlı olan müğənniyə, nəhayət ki, zənğ çatdı. Sualımızı eşıdən kimi coşan müğənni başladı, nə başladı. “Qadın hissləri ilə oynayan, sevgiyə əyləncə kimi baxan, məni sevə-sevə, məndən istifadə edərək mənə xəyanət edən, məni heç ayağımın tozu ola bilməyən səviyyəsiz bir qıza dəyişən alfonsu mən öldürməliydim. Həyatda belə alfonslar çoxdur. Öz xarici görkəmləri ilə qadınların ürəyinə yol tapan, onların pullarını yeyən şərəfsiz alfonslara qarşı hər birimiz mübarizə aparmalıyıq. O mənim kimi gözəl xanımın qədrini bilmədi. Məni əxlaqsız, barlarda böyüyən bir qıza dəyişdi. Mənim növbəti hədəfim həmin bar qızıdır. O qız azadlıqda gəzə bilməz. Mənə də Məsumə Əliyeva deyərlər. Qətli törətmişəm, heç heyfsilənmirəm də. Çünki mən onun cəzasını verdim. Belə də olmalı idi. Mən illərlə ağlıma gətirə bilməzdim ki, o həyatda gözəl aktyor imiş. Əgər məndən gözəl bir qıza tamah salsaydı, mənə təsir etməzdi. Deməli mən yanılmışam. O, elə bar əxlaqlı insan imiş. Mən bu işi belə qoymayacam. O qız azadlıqda gəzə bilməz, yenə deyirəm. Cəzamı çəkməyə də hazıram. Bir alfonsu öldürməklə cücərən yüzlərlə alfonsların qarşısını almaq üçün bu addımı atdım. Çörəyimi yeyib məni bar qızına dəyişən şərəfsiz yalnız ölümə layiqdir. Həyatda güclü qadınam. Bostanıma daş atanı məhv edərəm. Daha bəsdir danışdım, siz də məni çox yordunuz...”. Müğənni çox mədəniyyətsiz bir formada dəstəyi yerə qoydu. Ancaq o bilmir ki, onun qarşısında dayanan dördüncü hakimiyyətin nümayəndəsidir. Vətəninfo.az-ın sabahkı buraxılışında diğər mətləblərə də aydınlıq gətirəcəyik. Artıq fotomüxbirimiz Buzovnada müğənninin axtarışına çıxıb. İsti-isti şəkillər və xəbərlərlə sabah görüşünüzə gələcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?