Biləsuvar rayon Təhsil Şöbəsi ilə bağlı tutarlı məlumat ötürüldü. Məlumatı verən mənbənin dediyinə görə rayon təhsili sağalmaz bəlaya dücar olub. Daxil olan məlumatı araşdırmaq üçün Biləsuvar RTŞ-nin Balaqardaş Kazımovla telefon əlaqəsi yaratmağa çalışdığ. Əfsüslər olsun ki, təhsil şöbəsindən münasibət öyrənə bilmədik. Növbəti yazılarımızın birində rayon təhsil şöbəsində baş verən neqativ hallar və onun təşkilatçıları barəsində geniş məlumat veriləcəkdir. Onu da qeyd edək ki, təhsil şöbəsinin müdiri həmkarlarların rəhbəri ilə "anlaşaraq" aylıq yığılan pulları mənimsəyir və bir nəfər müəllim olsun belə sağlamlığların qeydinə qala bilmir. Bunun üçün də "putovkalar" bazar qiymətinə imkanlı şəxslərə satılır. Şikayətçi onuda qeyd etdi ki, rayon kənd məktəblərində açıq-aşkar bazar yaradılmış, orta məktəb direktorları "adı var,özü yox" ştatlar yaradılaraq dövlət büdcəsini talamaqla məşğuldurlar. Bu yollada orta məktəb direktorları vəzifədə qalmaq üçün RTŞ-nin müdrinun göstərişlərini həyata keçirirlər. Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?