Ölkə əhalisinin böyük əksəriyyəti PA rəhbərinin vəzifədən gedəcəyini düşünür
gundemxeber.az «Söz» Analitik Araşdırma Bürosu (SAAB) ölkənin 4 iri şəhərində - Bakıda, Gəncədə, Sumqayıtda və Mingəçevirdə 2000 respondent arasında ictimai-siyasi vəziyyətlə bağlı ilin yekun sorğusunu keçirib. Bununla bağlı SAAB-dan DİA.AZ-a verilən məlumatdan aydın olur ki, sorğu zamanı respondentlərə 4 sual təqdim olunub. Və həmin suallar üzrə nəticələri təqdim edirik. SAAB-dan verilən məlumatlarda bildirilir ki, onlar sorğu iştirakçılarından populyar olması səbəbindən ən son hadisələrə münasibətlərini öyrənməyə çalışıblar.
1. Hakimiyyət daxilində baş verənlər hansı sonluqla bitə bilər?
- 48.3 % - Ramiz Mehdiyevin istefası ilə; - 24.2 % - Hakimiyyət böhranı ilə; - 21.8 % - Bir neçə orta ranqlı məmurun, hakimiyyət adamının hədəfə çevrilməsi ilə; - 5.7 % - Heç bir şey olmayacaq, belə də yola verəcəklər…
2. Ramiz Mehdiyev son baş verənlərin fonunda istefa verməlidirmi?
- 56.6 % - Hə, başqa cür ola bilməz; - 34 % - Yox, o, hakimiyyətə lazımlı fiqurdur; - 9.4 % - Hadisələrin gedişatından asılıdır…
3. Sizcə Elşad Abdullayev nəyin davasını aparır?
- 61.2 % - Onu idarə edənlər var; - 24.5 % - Mal-mülk davasını aparır; - 12.1 % - Qardaşını geri qaytarmaq istəyir; - 2.1 % - Özü də bilmir, nə istəyir…
4. Nədən bu videoçəkilişlər 7 il sonra yayıldı?
- 71.2 % - Prezident seçkilərinə görə; - 20.9 % - Elşad Abdullayev ABU-nu bərpa edə bilməyəcəyinə əmin oldu; - 7.9 % - Ssenarini cızanlar belə istədi…
Onu da qeyd edək ki, sorğuların nəticələri ilə bağlı hər hansı yozum verməkdən uzaq olduğumuzdan nəticələri şərhsiz təqdim etmək qərarına gəldik. Xatırladaq ki, «Söz» Analitik Araşdırma Bürosu 2001-ci ildən fəaliyyət göstərir və davamlı olaraq yerli mətbuatda bu qurumun həyata keçirdiyi sorğuların, analitik yazıların dərcinə rast gəlinib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?