GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Tarix: 13-12-2013, 18:43 Bölmə :Ölkə Baxış: 666
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Dekabrın 13-də Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə qəbul edilib.

Öncə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Müzakirələrdən sonra Bərdə rayonunun «Bərdə», uşaqlar üçün nəzərdə tutulmuş «Tumurcuq», həmçinin «Het-trik» qəzetləri, Azərbaycan press foto Agentliyi, Baymedia İnformasiya Agentliyi, «minval.az», «newstime,az», «veteninfo.az» saytları və «Sportsman» jurnalı Şura üzvlüyünə qəbul olunublar.

İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının tövsiyələri əsasında hazırlanmış təklliflər olub. Öncə komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin təkliflərlə bağlı məruzəsi dinlənilib.

V.Rəhimzadə bildirib ki, tərkibi Şura sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri - «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevdən ibarət komissiya ötən qısa müddət ərzində məhsuldar fəaliyyət göstərib. Qurumun üzvləri paytaxtın müxtəlif yerlərində qəzet satışı ilə bağlı vəziyyəti araşdırıblar. Mövcud istiqamətdə əlaqədar qurumlarla, o cümlədən yayım firmaları ilə təmaslar qurulub. «Cənab Prezident İlham Əliyevin noyabrın 24-də media nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər bu sahəylə əlaqədar təşkilatların da məsələyə məsuliyyətli yanaşmasına səbəb olub. Komissiya yerlərdə qəzet satışı ilə bağlı kifayət qədər problemlərin olduğunu müəyyənləşdirib. Hesab edirəm ki, təkliflərimiz onların aradan qaldırılmasına yönələn işləri sürətləndirəcək».

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təkliflərdə Bakı şəhərində əlavə olaraq 1000-ə yaxın köşkün qoyulmasına dair fikir üzərində dayanıb. O bildirib ki, bu işi həyata keçirəcək yayım firmaları paytaxtı əhatə etmə məsələsinə diqqət yetirməlidirlər. Çünki təkliflərdən də göründüyü kimi, Bakının bir sıra rayonlarında, habelə kənd və qəsəbələrində qəzet satışı həyata keçirilmir.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu təkliflərdə Bakı Metropoliteninin stansiyalarında satışın bərpası ilə əlaqədar yer almış məqama toxunub. O, məhz həmin məntəqələrdə satışın qəzetlər üçün önəmli olduğunu vurğulayıb və əsas diqqətin də bu məsələyə yönəldilməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvlərindən «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Cavanşir Feyziyev və Musa Qasımlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Day.az» Media Şirkətinin baş direktor müavini Sevda Həmidova, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli də bu məqam üzərində xüsusi dayanaraq, ümumən təkliflərdə qəzet satışı ilə bağlı vəziyyəti araşdıran komissiyanın fəaliyyətinin tamamilə əksini tapdığını vurğulayıblar. Onlar eyni zamanda sənədə müəyyən əlavələrin edilməsini, konkretləşmələrin aparılmasını zəruri sayıblar.

Qeyd edək ki, Mətbuat Şurası təkliflərini yaxın günlərdə ölkə rəhbərliyinə təqdim edəcək. Təkliflərdə «Qasid» firmasının qəzetlərə borcu, qəzet yayımı ilə məşğul olan firmaların satışdan gələn gəlirdən yüksək faiz tutması, həyata keçirilməkdə olan abadlıq və quruculuq işləri ilə əlaqədar qəzet köşklərinin yerlərinin dəyişdirilməsi prosesinə diqqət yetirilməsi və digər məsələlər əksini tapıb, paytaxtın müxtəlif yerlərində yeni köşklərin qoyulmasının zəruriliyi əsaslandırılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə

    Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə ...

    1-11-2015, 13:08

  • 
  • Mətbuat Şurası qəzet yayımı məsələsi ilə bağlı komissiya yaradır

    Mətbuat Şurası qəzet yayımı məsələsi ilə bağlı ...

    28-11-2013, 22:25

  • 
  • KXCP İdarə Heyətinin toplantısı keçirilib

    KXCP İdarə Heyətinin toplantısı keçirilib ...

    28-06-2016, 15:34

  • 
  • KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

    KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib ...

    6-07-2015, 18:33

  • 
  • KXCP ümumrespublika müşavirəsi keçirəcək

    KXCP ümumrespublika müşavirəsi keçirəcək ...

    4-09-2013, 16:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu