GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan türklərinə “möhtəşəm” həqarət

Azərbaycan türklərinə “möhtəşəm” həqarət

Tarix: 13-12-2013, 21:45 Bölmə :Ölkə Baxış: 993
 Azərbaycan türklərinə “möhtəşəm” həqarət
“Möhtəşəm yüz il” serialının son bölümündə Səfəvi dövlətinə fars damğası vurulması Azərbaycanda etirazla qarşılandı
Tarixçi-alim Dilavər Əzimli: “Bu yanaşma yəhudi beyninin, ingilis mətbəxinin məhsuludur”
Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialının sonuncu bölümü həm Azərbaycanda, həm də Türkiyədə etirazlara səbəb olub. Səfəvi sultanı Şah Təhmasibin qardaşı Əlqas Mirzənin Osmanlı sarayına gəlişi səhnəsində Səfəvi dövlətinin fars dövləti kimi təqdim edilməsi xeyli təpki toplayıb.

Öncə onu deyək ki, bu, serialda Səfəvi tarixinin kobud təhrif edildiyi ilk epizod deyil. Daha öncəki bölümlərdə də Sultan Süleymanla Səfəvi hökmdarı Şah Təhmasibin yazışmaları təhrif edilmiş, Səfəvi dövləti fars dövləti kimi təqdim olunmuşdu. Həm Türkiyədə, həm də Azərbaycanda tarixçilər Səfəvinin fars dövləti adlandıranların elementar tarixi bilikləri olmadığını irəli sürür. Səfəvi hökmdarı Şah İsmayıl Xətainin türk dilini dövlət dili elan etməsi isə bu məsələdə ən ciddi tutarqadır.

Azərbaycanda olduğu kimi məsələyə Türkiyədən də etirazlar var. Facebook sosial şəbəkəsində qurulan qrupda gedən müzakirələrdə ssenaridə bu cür yanlışlıqların məqsədli olduğu bildirilir. Müzakirəyə qoşulanlar bildirir ki, bu, hakim AKP təmsilçilərinin “türk irqi yoxdur” kimi səfeh iddialarına xidmət edən yanaşmadır.

Tarixçi alim Dilavər Əzimli isə düşünür ki, bu yanaşma yəhudi beyninin, ingilis mətbəxinin məhsuludur: “Öncə onu deyim ki, Əlqas Mirzə xəyanətkardır. Osmanlı dövlətinin Şah Təhmasibi devirərək Əlqas Mirzəni hakimiyyətə gətirmək, sonda da Səvəfi torpaqlarını Osmanlı ərazilərinə qatmaq planı vardı. Bu gün bu faktı xarici qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini kəskinləşdirmək üçün istifadə edirlər. Bu mənasız serialı çəkməklə hər şeydən öncə Qanuni Sultan Süleyman kimi böyük bir dövlət adamının şəxsiyyətinə xələl gətirirlər. Əlqas Mirzə Təhmasibə xəyanət edən insanlardan biri idi. Təhmasib onu bir neçə dəfə bağışlayıb, ancaq Əlqas Mirzə hər dəfə xəyanət yolunu tutub. Şah Təhmasib Sultan Süleymana məktubunda yazır ki, sultanım, əgər qızılbaşın tacı başından düşübsə, o, şah ola bilməz. Əlqas Mirzənin tacı başından düşüb, çünki o, dövlətə xəyanət edib. Tarixi proseslərin gedişində Əlqas Mirzə Osmanlıya sığındığı üçün qardaşı Şah Təhmasibdən əfvini istədi. Şah Təhmasib onu bağışladı, Şirvana hakim təyin etdi, ancaq Əlqas Mirzə yenə xəyanəti seçdi. Belə bir şəxsi Osmanlı dövləti ilə tərəf kimi təqdim etmək həm də Osmanlıya həqarətdir”.



Dilavər Əzimlinin sözlərinə görə, Səfəvinin türk imperiyası olması hər hansı mübahisə predmeti ola bilməz, məsələnin kökündə isə İslam dünyasına təfriqə salmaq cəhdləri dayanır: “Bu məsələnin izah edilməsində Osmanlı və Səfəvi dövlətlərinin yaranışından söykəndikləri təməl prinsip çox önəmlidir. Hər iki dövləti ürfan şeyxləri qurub. Osmanlının qurucusu Osman Qazinin qaynatası Şeyx Ədəbalı idi. Osmanlının 36 sultanından 17-si təriqət şeyxləri olub. Səfəvi dövləti də bir təriqət dövləti idi. Dünya tarixinə baxsaq görəcəyik ki, türk dövlət düşüncə tərzi, ümumiyyətlə türklük sufiyanadır. Türklük peyğəmbəri və onun əhli-beytini hədsiz dərəcədə sevir. Sonradan Osmanlı sisteminə ərəb sünnilərinin nüfuz etməsi ilə bu təməl prinsipdən uzaqlaşmalar baş verdi. Bu gün İslam dünyasına diqqət edin – iki sistem üz-üzədir. Üçüncü sistem bu məkana buraxılmır. Bir sistem ərəb sünniliyinə əsaslanan türk sistemidir, digəri farslara əsaslanan İran sistemidir. Ortada bir sufiyanə sistem var – bu, çox ciddi məsələdir. Mən bunu açıq deyirəm ki, bu gün İslam dünyasındakı qarşıdurmalar, bölünmələr ingilis mətbəxindən gəlir. Azərbaycan da bu sistem toqquşmalarından etkilənir, Türkiyə də. Hər iki ölkədə ərəb sünniliyinə dayanan nurçuluqla, fars sisteminə dayanan şiəlik savaşır. Bu savaş əsrlərlə türklərin təməl prinsipi olan sufiyanə sistemin inkişafını ləngidir. Bax, bu cür filmlər də bu sistem qovğalarının təzahürü kimi ortaya çıxır. Bu məsələ bəzilərinin iddia etdiyi kimi tarixi bilgisizlikdən deyil, tam əksi düşünülmüş, məqsədyönlü siyasətdən gəlir. Əsas məqsəd də bu qovğanı qızışdırmaqla türk sisteminin qarşısını almaqdır”.

Alimin fikrincə, bu məsələnin bircə yolu var – o da türk dövlətlərinin yaranmasındakı təməl prinsipləri önə çəkməkdir: “Sultan Səlimin xatirələrini oxuyuram. Yazır ki, Həzrət Əlini yuxumda gördüm, mənə buyurdu ki, Məkkə, Mədinə kafirlərin ayağının altında qalacaq və mən Məkkəyə getməliyəm. Az sonra Sultan Səlim Məkkəni, Mədinəni fəth edir. Ancaq ərəb sünniliyinin təsirləri ilə əsrlərlə tariximiz təhrif olunur. İslam hər zaman türklərin hesabına yayılıb - Əhməd Yəsəvinin, Hacı Bektaş Vəlinin, Mövlanə Cəlaləddin Ruminin təsiri ilə İslam Balkanlara, Avropaya qədər gedib çıxdı. Bu məsələni ərəb işğalları ilə qətiyyən qarışdırmaq olmaz. İslam qəlbin fəthidir. Bəzi tarixçilərin yazdığı kimi İslam fəthləri yoxdur, ərəb fəthləri var. Həzrət Əlidən sonra xilafət dövrü bitdi, səltənət dövrü başladı. Bu da türklərin hesabına oldu. Türk dünyası çökən kim İslamın da çöküşü başlayır. Xaricdən qaynaqlanan bəlamız nurçuluq, yəhudi mətbəxindən çıxıb ingilislərin əli ilə Türkiyədən Azərbaycana gəlir, ingilislərin digər əli ilə fars şiəliyi yayılır. Bunlara qarşı türk sistemi - təsəvvüf sistemi dayana bilər”.

Dilavər Əzimlinin sözlərinə görə, türk kimliyini daşıyan hər bir şəxs bu məsələyə etinasız qalmamalıdır.

Aygün Muradxanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Baxçalı: "Biz nə Yavuzdan, nə də Xətaidən vaz keçməyəcəyik" (VİDEO)

    Dövlət Baxçalı: "Biz nə Yavuzdan, nə də ...

    5-06-2013, 22:09

  • 
  • Ərdoğanın türk əsgərləri arasında niyə səfəvi yoxdur?

    Ərdoğanın türk əsgərləri arasında niyə səfəvi ...

    15-01-2015, 22:46

  • 
  • Fars rejiminin nöfbəti həyasızlığı

    Fars rejiminin nöfbəti həyasızlığı ...

    17-02-2013, 11:27

  • 
  • Mirzə Xəzər də Mehdiyevi tənqid etdi

    Mirzə Xəzər də Mehdiyevi tənqid etdi ...

    8-12-2012, 09:58

  • 
  • Ramiz Mehdiyevin məqaləsinə cavab verildi

    Ramiz Mehdiyevin məqaləsinə cavab verildi ...

    7-12-2012, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu