Ukrayna Gömrük İttifaqına daxil olmaqla bağlı “yol xəritəsi” hazırlığına davam edir. Bu barədə informasiyanı Ukrayna mətbuatı verib. Belə ki, mətbuat Nazirlər Kabinetinin dekabrın 11-də keçirilən iclasının protokolunu ələ keçirib. Bu protokolda Baş nazir tərəfindən ölkənin İqtisadi İnkişaf Nazirliyinə Gİ-yə daxil olmaqla bağlı “yol xəritəsi”nin tam olaraq hazırlanıb başa çatdırılması əmrini verdiyi öz əksini tapıb. Bununla yanaşı, layihənin dekabrın 17-nə qədər hazırlanıb tamamlanması da tapşırılıb. Mətbuat İqtisadi İnkişaf Nazirliyinin artıq aktiv işə başladığını qeyd edib. Qeyd edək ki, dekabrın 17-də Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya səfəri nəzərdə tutulub. Müxalifət məhz burada Ukraynanın taleyinin həll olacağını deyib.
Sorğu
Yeni dizaynımız necədir?