Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda genişmiqyaslı yoslamalara başlayıb, şəxsi heyətdən tutmuş maliyyə məsələlərinə qədər, qurum müfəssəl yoxlanılır.
Bu barədə “Axar.az”a etibarlı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, bu yoxlama Daxili Qoşunlara yenicə komandan təyin edilən Şahin Məmmədovun fəaliyyətinin təftişi deyil, əksinə, özündən əvvəlki komandanın fəaliyyətinin yoxlanmasıdır.
Xatırladaq ki, Daxili Qoşunların keçmiş komandanı hazırkı Müdafiə naziri Zakir Həsənovdur. DİN Müdafiə nazirinin keçmiş fəaliyyətini niyə yoxlayır?
Sualın aktuallığını nəzərə alaraq, ekspert Üzeyir Cəfərova müraciət etdik. Ü.Cəfərov Daxili Qoşunlarda aparılan yoxlamaların keçmiş Baş Komandan Zakir Həsənovun peşə fəaliyyəti dövründə yol verdiyi qüsurlarla bağlı olmadığını bildirdi:
“Şahin Məmmədov yeni komandan təyin olunub. Komandan kimi təhvil aldığı qoşunun real vəziyyəti ilə bağlı tanış olmaq haqqı var. Bu da sadəcə, belə deyək, “təhvil-təslim” yoxlamasıdır. Çünki orda milyonlarla vəsait, o cümlədən avadanlıqdan söhbət gedir”.
Ü.Cəfərov bu cür məlumatın gizli saxlanmasının cəmiyyətdə müxtəlif şayiələrə səbəb olduğunu da bildirərək, səbəbini qurumların özündə gördüyünü dedi: “Elə Daxili Qoşunlardan özləri ictimaiyyətə məlumat verə bilərdilər ki, yeni komandanın fəaliyyətə başlaması ilə əlaqədar qoşun növündə təhvil-təslim prosesinin sənədləşməsi prosesi gedir. Bu, çox normal, çox sakit də qarşılanardı və təhvil-təslim məqsədi ilə aparılan yoxlama belə ajiotaja səbəb olmazdı”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?