"...Boynuna xaç asıb İrana gələn erməniyə hörmət və sayğı ilə yanaşan rejim nökərləri dilində "Allahu əkbər" deyərək gələn müsəlman türklərinə düşmən münasibət bəsləyirdi. Onlara çox əzab-əziyyət verilirdi. Bir dəfə vəzifəli bir məmurdan bunun səbəbini soruşdum. O, belə cavab verdi:
- Ağa səfir, erməniyə ona görə İranda hörmət göstəririk ki, onlar xristiandır. Qoy, dünya xristianları görsün ki, biz onların dininə hörmət göstəririk.
Mən isə ona belə cavab verdim:
- Onda mən də öz xalqıma çatdıracağam ki, İrana gələndə boyunlarına xaç assınlar. İranda xaça hörmət daha yüksəkdir. Həm də sizin bu "müdrik" tövsiyyənizi sizin adınızdan çatdıracağam.
Bu sözləri mənə adi bir iranlı deyil, məşhur bir din xadimi deyirdi.."
(Bir neçə il İranda səfir işləmiş, Azərbaycanın tanınmış alimlərindən olan professor Əliyar Səfərlinin İran xatirələrindən)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?