Qarabağ əlilləri Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirir
Səbəb isə onlara Bahar qəsəbəsinin yanında verilən torpaqdan istifadə etmələrinə icazə verilməməsidir. Bu haqda “Yeni Müsavat”a məlumat verən Qarabağ əlili Loğman Paşayev Suraxanı rayon icra başçısının onları saat 14:30-da qəbul edəcəyini və o vaxta qədər də İcra Hakimiyyətinin qarşısında gözləyəcəklərini bildirdi: “Biz Suraxanı Hövsan yolunun yanındakı Bahar qəsəbəsində torpaq almışdıq. 3,8 hektar olan bu torpağın sənədlərini də hazırlamışdıq. Qarabağ Əlilləri Cəmiyyətinin nizamnaməsinə görə, bu yeri istifadə edə bilmədikdə həmin yeri cəmiyyətin üzvləri arasında bölmək olar. Cəmiyyətimizin sədri də bu torpağı bərabər qaydada üzvlər arasında bölüb. Nədənsə Suraxanı rayon İcra Hakimiyyəti ilə Bakı şəhər İcra Hakimiyyətinin arasında böyük bir mübahisə olub. Bunu bizdən gizlədirlər. Ona görə də bizim məsələni bir-birlərinin üstünə atırlar. İkisi də deyir ki, halallıq veririk, nə istəyirsizsə tikin. Amma əslində icazə vermirlər. Biz də Bakı şəhər İcra Hakimiyyətinə, Prezident Aparatında olub fikirlərini bildirib narazılıqlarını ediblər. Ancaq 1 il yarımdır ki, bir nəticəsi yoxdur. 186 nəfər qalıb torpaqsız. 3-ün yarısı icra başçısı bizi qəbul etməlidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?