“Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocaman “Xəzər Lənkəran”ı çalışdırmaqdan imtina edib. Bu barədə Türkiyənin nüfuzlu “Sabah” qəzeti məlumat yayıb. Xəbərdə “Xəzər Lənkəran”ın sahibi, Türkiyədə yaşayan milyarder soydaşımız Mübariz Mənsimovun A.Kocamana illik 4 milyon avro maaş təklif etdiyi qeyd olunur.
Türkiyəli mütəxəssisin gələcək mövsümə qədər klubda çalışmaq istəmədiyindən “Fənər”in prezidenti Əziz Yıldırımın yaxın dostu kimi tanınan Mənsimovun sözünü yerə saldığı vurğulanır.
Qeyd edək ki, “Xəzər Lənkəran”ı hazırda Türkiyənin digər ünlü mütəxəssisi Mustafa Dənizli çalışdırır. M.Dənizli cənub klubunda “Real”ın (Madrid) sabiq baş məşqçisi Con Benjamin Toşakı əvəzləyib. “Sabah” qəzeti azərbaycanlı iş adamının Kocamana Dənizlidən öncə təklif göndərdiyini də yazıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?