“Xəzər Lənkəran”ın bu komandada forma geyən Alvaro Silvanın meneceri Marko Kırdemirə borcu var.
Bunu “Xəzər Lənkəran”ın Antalyada Türkiyə “Çaykur Rizəspor”una qarşı dünənki yoxlama matçını izləyən M.Kırdemir özü futbolinfo.az saytının qardaş ölkəyə ezam olunmuş müxbirinə açıqlamasında bildirib.
“Alvaronu bu kluba mən gətirmişəm. Klubla aramızda müqavilə var. O müqaviləyə əsasən mənə pul ödəməlidilər. Amma vermirlər. “Xəzər Lənkəran”ın mənə borcu qalıb. Bunu klubun vitse-prezidenti Tuyqun Nadirova dedim. O isə dedi ki, pulu sənə verməyəcəm. Konkret şəkildə verməyəcəklərini bildirdi. Mən FİFA-ya müraciət edə bilərəm. Amma bunu etməyəcəm. Mübariz Mənsimovla görüşəcəm və pulu ondan istəyəcəm” - deyə M.Kırdemir söyləyib.
Qeyd edək ki, “Xəzər Lənkəran” klubu Türkiyədə yaşayan milyarder həmyerlimiz Mübariz Mənsimova məxsusdur. Cənub klubunun prezidenti postunu Mübariz Mənsimovun qardaşı Mais Mənsimov tutur.
Sorğu
Yeni dizaynımız necədir?