GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Radar obyektivdir, yoxsa obyekt ? (VİDEO)

Radar obyektivdir, yoxsa obyekt ? (VİDEO)

Tarix: 15-12-2013, 23:35 Bölmə :Ölkə Baxış: 888
Radar obyektivdir, yoxsa obyekt ? (VİDEO)
Sürət ölçən cihazlarla Azərbaycanda az qala terror hadisələri qədər can alan yol qəzalarının qarşısını almaq mümkündürmü?

Yol Azərbaycanda yol qəzaları az qala terror hadisələri qədər can alır. Bu ilin 11 ayı ərzində 2 min 646 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1061 nəfər ölüb, 2761-i isə yaralanıb. İnsan ölüm ilə nəticələnən qəzaların böyük bir hissəsi sürət həddinin aşması nəticəsində baş verib. Dövlət Yol Polisi yüksək sürət həddinin qarşısını alınmasının əsas yolunu radarların tətbiqində görür. Heç kim üçün sirr deyil ki, ölkənin magistral yollarında bəzi sürücülər avtomobili sürət həddini aşmaqla idarə edirlər, stasionar radara çatdıqda sürəti azaltsalar da, sonra yenə qaydanı pozurlar. Buna görə də dövlət yol polisi mobil radarları tətbiq etmək fikrindədir.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev radarların istifadə olunduğu ərazilərdə mütləq müvafiq yol nişanlarının olmalı olduğunu deyir: “İstər keşik patrol avtomobillərində , istərsə də piyada xidmət aparan naryadda da bu radarlar istifadə oluna bilər. Belə ki, həmin sürət ölçən cihazlar istənilən ərazidə, yəni xidmət yerindən asılı olaraq xidməti ərazidə həmin radarların yerini dəyişdirməklə istifadə oluna bilər. Sadəcə bu radarların istifadə olunduğu ərazidə müvafiq yol nişanları mütləq olmalıdır. Bu da yol hərəkəti qanunun 50-ci maddəsində müvafiq dəyişikliklər və əlavələr edildikdən sonra qüvvəyə mindi”.

Bir müddət əvvəl, yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi məsələsi müzakirə edilərkən sürücülər, eləcə də, bir sıra millət vəkilləri yol polisinin yol kənarında dayanmış mülki avtomobillərdə radarlar quraşdırmalarından narazılıqlarını ifadə edirdilər. Əslində beynəlxalq təcrübədə gizli radarlardan istifadə halları mövcuddur.

Avtoekspert Azər Allahverənov radarların qurulmasında beynəlxalq təcrübəyə əsaslanıldığını deyir: “Müvafiq qurumlar beynəlxalq təcrübəyə diqqətlə yanaşırlar. Hansı cihazdır, harada qurulur və necə ölçür, bütün bunlara diqqət olunur”.

Amma bizdə sürücülər gizli radarların tətbiqinə razı deyillər. Onların fikrincə, yol polisi bu radarlardan sürəti müəyyənləşdirmək üçün deyil, sürücünü cərimələmək üçün istifadə edir.

Burada problem sürücülərin və polislərin radarlara fərqli münasibətindədir. Sürücülərin böyük hissəsi radara sürət həddinin pozulmasını müəyyənləşdirən və bununla da, mümkün qəzanın qarşısının alınması vasitəsi kimi baxmırlar. Onlar üçün bu cəza vasitəsidir və hər bir sürücü bu cəzadan bütün mümkün yollarla yayınmağa çalışır. Amma polislər arasında da radara mümkün qəza vəziyyətini önləmək vasitəsi kimi deyil, sadəcə, sürücünü cərimələmək aləti kimi baxanlar var. İndi əsas məsələ gizli radarların tətbiqi sahəsində qızıl ortanı tapmaqdır.

Millət vəkili Çingiz Qənizadə də radarların qoyulduğu yerlərdə müvafiq xəbərdaredici nişanların olmasını vacib sayır: “Mütləq bu radarlar qoyulduğu yerdə - yolun kənarında xəbərdaredici nişanlar olmalıdır. Yaşayış məntəqələrindən kənarda bu 150-1000 metr məsafədə, yaşayış məntəqələrində isə 50-200 metrdə qoyulmalıdır. Əks təqdirdə isə bunların qoyulması qanun pozuntusudur”.

Biz bu sahədə hər kəsin fikrini öyrəndik. İndi qalır hər kəsin qanunun tələblərinə əməl etməsi və qanun pozuntularına yol verməməklə yanaşı, qəzalardan da uzaq olmaq. Baş verən qəzaların qarşısını almaq üçün isə sürücülər məsuliyyətli, yol polisi isə daha çevik olmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Radarları müəyyən edən cihazlardan istifadə etməyə isə ölkəmizdə icazə verilmir (VİDEO)

    Radarları müəyyən edən cihazlardan istifadə ...

    12-12-2013, 02:43

  • 
  • Azərbaycanda bu il baş verən yol qəzalarında 971 nəfər ölüb

    Azərbaycanda bu il baş verən yol qəzalarında 971 ...

    18-11-2013, 11:32

  • 
  • Azərbaycana yeni sürət radarları gətirilib (VİDEO)

    Azərbaycana yeni sürət radarları gətirilib (VİDEO) ...

    18-06-2013, 18:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu