GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Gizli neft satışı şəbəkəsini idarə edən Zəncani kimdir?

Gizli neft satışı şəbəkəsini idarə edən Zəncani kimdir?

Tarix: 24-12-2013, 10:20 Bölmə :Siyasət Baxış: 1 077
Gizli neft satışı şəbəkəsini idarə edən Zəncani kimdir?
Türkiyədəki həbslər İran hakimiyyətinin gizli neft ticarəti şəbəkəsini ifşa edib, gizli neft satışı şəbəkəsini idarə edən Zəncani kimdir?
Türkiyədə başlayan antikorrupsiya əməliyyatları ciddi siyasi qalmaqala çevrilməkdədir. Korrupsiya həbsləri hökumət kabineti üzvlərini də əhatə etməklə geniş çevrəyə yayılıb. Xüsusən də rüşvət və korrupsiya cinayətlərinə siyasi bağlantıların qarışması hadisənin ciddiyyətini daha da böyüdür.

Türkiyə mediasının yazdığına görə, həbslərin arxasında olan əsas səbəblərdən biri İranla aparılan gizli ticarət və “qara pulların” yuyulması prosesidir. Hadisələr zamanı “qara pulların” transferində əsas vasitə olaraq istifadə olunan “Xalq Bank”ın direktorunun həbs olunması da məhz işin içində İran faktorunun olması ilə bağlı iddiaları gücləndirir.
Gələn xəbərlərə görə, Qərbin İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etdiyi bir zamanda Türkiyə hakimiyyətinin İran pullarının “təmizlənməsi”ndə iştirak etməsi Qərbdə narazılıq doğurub. Türkiyə hakimiyyət nümayəndələrinin bu prosesdə iştirakı məhz onların bu şəkildə cəzalandırılması ilə nəticələnib. Qeyd edək ki, yerli medianın xəbərinə görə, Təbrizdən olan azərbaycanlı iş adamı Rza Zərrab 2009-2012-ci illərdə qızıl qaçaqmalçılığı, saxta sənəd və ixracat adı altında 87 milyard avro dəyərində şübhəli pul köçürmələri həyata keçirilib. Məlum olub ki, R.Zərrab Türkiyədə qurduğu 3 şirkət üzərindən şübhəli pul transferləri həyata keçirib. Maraqlıdır ki, bu proseslərdə azərbaycanlıların da adı keçir.

Bu işin içində daha bir maraqlı detal isə cinayət işinə İran vətəndaşları olan azərbaycanlıların adının qarışmasıdır. Türkiyə mediasının iddiasına görə, əməliyyatın həyata keçirilməsi həm də İranın hazırkı hakimiyyətinin marağında olub. Çünki Rza Zərrab və onun içində olduğu “qara pulların” yuyulması sxemi məhz əvvəlki İran hökumətinin qurduğu plan olub. İndi isə İranın Qərblə münasibətləri dəyişib. Beləliklə, İranın yeni hakimiyyəti artıq gizli və xeyli dərəcədə itkili olan “pul yuyulması” planından imtina edir.

İran mediasının yazdığına görə, keçmiş İran hakimiyyətinin qurduğu gizli neft satışı şəbəkəsinə Babək Zəncani rəhbərlik edib.

Qeyd edək ki, Babək Zəncaninin adı dünya mediasına 2012-ci ilin dekabrında məlum olub. Belə ki, dekabrda Avropa Birliyi, 4 ay sonra isə ABŞ B.Zəncaninin adını İrana qarşı embarqonu pozan iş adamlarının siyahısına əlavə edilib. İranın ən zəngin adamlarından biri hesab olunan Babək Zəncaninin SEPAH bağlı olduğu, eyni zamanda keçmiş prezident Mahmud Əhmədinejad tərəfindən xüsusi statusa sahib olaraq İrana qarşı embarqonu pozaraq gizli neft satışını təşkil etdiyi bildirilir. O da bildirilir ki, B.Zəncani R.Zərrab vasitəsilə qızıl ticarətini İran-Türkiyə-Dubay (BƏƏ) istiqamətində həyata keçirib. Ötən il Türkiyə gömrükçülərinin ələ keçirdiyi 1207 kiloqram qızıl da məhz B.Zəncaniyə məxsus olub. Həmin qızılı Zərrab rüşvət qarşılığında xilas edərək Dubaya apara bilib.
Babək Zəncani 1971-ci il martın 21-də anadan olub. Soyadında Zəncan adının olması onun Azərbaycan əsilli olmasını göstərir. Zəncan Cənubi Azərbaycanda ən böyük şəhərlərdən biridir. İş həyatına heyvan dərisi satmaqla başlayan Babək Zəncani var-dövlətinin 13 milyard dollar olduğu bildirilir. Babək Zəncaninin İran, Türkiyə, Malayziya, Ərəb Əmirlikləri və Tacikistanda ümumilikdə 70-dək şirkət və daşınmaz əmlaka sahibdir. Özünün bildirdiyinə görə, İrandan xaricdəki şirkətlərində 17 min nəfər işçi çalışır. Avropa İttifaqının sanksiya siyahısında Babək Zəncaniyə məxsus 15 şirkətin adı keçir. Bu isə onu göstərir ki, gənc iş adamı pullarını heç də “alın təri” ilə qazanmayıb, onun biznesinin parlamasında dövlətin böyük rolu olub. Ancaq onun bu günə qədər siyasi hakimiyyətlə heç bir problemi olmayıb, yalnız son aylarda (İranda yeni hökumət iş başına gələndən sonra) hökumətdən Zəncaniyə qarşı iddialar səslənib. Bir qədər əvvəl İran neft naziri Zəncaninin hökumətə borclu olduğu 2 milyard 800 milyon dolları geri ödəməyi tələb edib. Babək Zəncani İran mediasına müsahibəsində İrandan xaricə 1900 milyon ton neft satdığını, ancaq bu satışdan gələn gəlirin böyük qisminin Avropada həbs olunduğunu bildirib.

Babək Zəncaninin Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərinin səhmlərinin yarısını satın aldığı bildirilir. Bundan başqa, gələn məlumatlarda Zəncaninin İran üzərindən “Sorinet Holdinq” vasitəsilə apardığı qeyd olunur. Qeyd edək ki, son günlər Türkiyədə baş verən olaylardan sonra İran mediası Zəncaniyə diqqəti artıb. Onun bağlı mediada yazılar, müsahibələr yayılıb. Qeyd edək ki, həm Rza Zərrabın, həm də Babək Zəncaninin Azərbaycan əsilli olması detalı da maraq doğurur. Bu şəxslərin adlarının açıqlanması ilə ortaya çıxan faktlar göstərir ki, İranda dini, siyasi və hərbi elitada böyük ölçüdə təmsil olunan azərbaycanlıların hökumət xətti ilə dövlətin xaricdəki biznes fəaliyyətinin idarə olunması prosesində aparıcı rola sahib olublar. Son hadisələrdə İran hakimiyyətinin Zəncaniyə təzyiq göstərərək ödəmə etməyə məcbur etməsi və Türkiyədə baş verən əməliyyatdan sonra böyük bir şəbəkənin üzə çıxması göstərir ki, keçmiş hökumət dövründə qurulan biznes şəbəkəsi artıq ləğv edilir və yeni münasibətlər sisteminə uyğun olaraq əlaqələr qurulacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrabın iş ortağı İranda hədəfə alındı

    Rza Zərrabın iş ortağı İranda hədəfə alındı ...

    29-12-2013, 15:37

  • 
  • ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi

    ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi ...

    24-11-2013, 12:01

  • 
  • Babək Zəncani İranda saxlanılıb

    Babək Zəncani İranda saxlanılıb ...

    30-12-2013, 22:27

  • 
  • Azərbaycanlı biznesmen İranın Neft Nazirliyinə külli miqdarda pul ödəyib

    Azərbaycanlı biznesmen İranın Neft Nazirliyinə ...

    16-12-2013, 00:51

  • 
  • Türkiyədə yeni korrupsiya həbsləri başladı

    Türkiyədə yeni korrupsiya həbsləri başladı ...

    7-01-2014, 13:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu