Britaniyalılar yeni eko-kağız bağlamaları hələlik 5 çeşiddə istehsal etməyi düşünürlər
Həyat tərzi Hər il yeni il mövsümünün bitməsi ilə bayram hədiyyələrini müşayət etmiş bağlamalar kütləvi şəkildə tullantıya çevrilir. Bağlamalı hədiyyələrin ən geniş yayıldığı ölkələrdən olan Britaniyada ötən il atılmış kağız bağlamaları yan-yana yığsan tullantılar azı 360 min kilometr sahəni əhatə etmiş olar. Britaniyalı ixtiraçılar bundan çıxış yolu kimi tərəvəz toxumarından ibarət kağız bağlamaları ərsəyə gətirib.
Artıq konveyr üsulu ilə istehsal olunan ekoloji davamlı kağız bağlamaları Yeni il mövsümündən sonra artıq zibil yeşinə atmağa lüzum qalmır. Belə ki, istifadəçi həmin bağlamanı torpaqda basdırmaqla müəyyən müddətdən sonra bağında yeni tərəvəzlərin yetişdiyini görə bilər.
Yeni eko-kağız bağlamalar hələlik 5 çeşiddə istehsal olunur - soğan, kök, pomidor, istiot və brokkoli kələminin toxumları ilə. Məhsulun istehsalına başlamış Bif marketin şirkəti tərəvəzli kağız bağlamaların yeni ildə əsl hitə çevriləcəyinə ümid edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?