Gülər Əhmədovanın köməkliyi ilə deputat seçildiyi iddia olunan Rəfael Cəbrayılov barəsində saytımızda yayılan xəbərlərlə bağlı açıqlama verib. Qeyd edək ki, saytımızda Gülər Əhmədovanın Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərində Rəfael Cəbrayılovu özünün deputat seçdirdiyi barədə fikirləri var.
Elşad Abdullayevə mandat vəd edən Gülər Əhmədova bildirib ki, onun gücü kifayət qədərdir: "Rəfail qalmışdı kənarda, bilmirdi nə etsin. Alı Qocayevlə şərikli bina tikirdi. Alı da ona kömək edə bilmədi. Mənim üstümə gəldi. Mən də Ramiz Mehdiyevlə danışıb onun işini həll elədim. Rəfail Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...."
Deyilənlərlə bağlı Moderator.az-ın sorğusuna cavab verən Rəfail Cəbrayılov Elşad Abdullayev mövzusunda danışmaq istəmədiyini dedi. Millət vəkilinin sözlərinə görə, hazırda Respublika Prokurorluğunda E.Abdullayevlə bağlı istintaq gedir və bütün məsələlər bu istintaqdan sonra aydınlaşacaq: “Mən o adamın mənim haqqımda səsləndirdiyi fikirlərə şərh vermək istəmirəm. İndiki məqamda buna heç bir lüzum görmürəm. Bildiyiniz kimi, bu gün Respublika Prokurorluğunda E.Abdullayevlə bağlı istintaq gedir. İstintaq E.Abdullayevin ictimaiyyaləşdiyi bütün məsələlərə aydınlıq gətirəcək. Buna görə də hesab edirik ki, istintaqın nəticəsini gözləməliyik. Yalnız bundan sonra hansısa fikirlərə münasibət bildirmək olar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?