GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Onlar prezidentin imza atmayacağını ümid edir

Onlar prezidentin imza atmayacağını ümid edir

Tarix: 19-12-2013, 21:11 Bölmə :Ölkə Baxış: 712
Onlar prezidentin imza atmayacağını ümid edir


40-a yaxın təşkilat rəhbəri prezidentə müraciət edib ki, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklikləri imzalamasın. Müraciət müəlliflərinin fikrincə, parlamentin dekabrın 17-də qəbul etdiyi dəyişikliklər QHT-lərin fəaliyyətini məhdudlaşdırır.


«Hakimiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə son dərəcə mürtəce dəyişikliklər edir. Artıq parlament təsdiqləyib, prezidentin imzasını gözləyir. Ölkə başçısı da imzasını qoysa, Şeyx həzrətlərindən Azərbaycanda bütün müstəqil QHT-lərin fatihəsini oxumaq üçün savadlı bir molla istəməkdən savayı yolumuz yoxdur».
Bu cümlələri facebook profilində iqtisadçı Rövşən Ağayev paylaşıb. AzadlıqRadiosuna müsahibəsində Rövşən Ağayev deyib ki, qanunların sərtləşməsinə yox, QHT-lərə yaradılan bürokratik əngəllərin qanuna salınmasına etiraz edirlər. İqtisadçı fikrini əsaslandırmaq üçün bəzi dəyişikliklərə diqqət çəkir: «Dəyişikliklərə görə, QHT-lər hər 90 gündən bir qeydiyyata dair çıxarışlarını Ədliyyə Nazirliyində təzələməli olacaqlar. Nazirlik kefi istəməsə, təzələməyəcək, ona gözün üstə qaşın var deyən də olmayacaq. Necə ki QHT-lərin qeydiyyatına 30 gün tələb olunduğu halda heç 13 ilə də qeydə alınmayan təşkilatların sayı-hesabı yoxdur... Bundan başqa, QHT üzvləri iddia ərizəsi ilə məhkəməyə müraciət etsə və təşkilatın onların hüquqlarını pozduğunu, birləşmə hüququnun həyata keçirilməsinə maneə yaratdığını bildirsə, məhkəmə qərarı əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırıla bilər».

Rövşən Ağayevə görə, istənilən təşkilatda bir adamın öz təşkilatına qarşı qalxmasını təşkil etmək Azərbaycan reallığında elə də çətin iş deyil. İqtisadçı dediklərinə bunu da əlavə edir ki, ölkədə QHT-ləri potensial «şərçi və dönük» üzvlərindən ədalətli şəkildə qoruyacaq müstəqil məhkəmə yoxdur. Onun fikrincə, elə bu bəhanə ilə gələcəkdə neçə-neçə QHT-yə «qırmızı vərəqə» göstərilə bilər.

QHT-lər haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov narahatlığa əsas olmadığını və dəyişikliklərin hər hansı başqa bir niyyətə xidmət etmədiyini söyləyib. O, bütün dəyişikliklərin yalnız şəffaflığı hədəflədiyini bildirib.

Birinci vitse-spikerin bu sözlərini YAP-çı deputat Siyavuş Novruzov da dəstəkləyərək, şəffaf çalışan qurumların təlaşlanmağa ehtiyac duymayacağını deyib.

Rövşən Ağayevin fikrincə, dəyişikliklər gerçəkdən başqa niyyətə xidmət etmirsə və şəffaflığın artırılmasına hesablanıbsa, onda 300-400 manat maaş alsa da, 100 milyon manatlıq əmlaka sahiblənən məmurlara bu şəffaflıq məsələsi niyə şamil olunmur: «Niyə bu məsələdə şəffaflığın qayğısına qalmırlar? Niyə nazirliklər bütün dünyada olduğu kimi, ildə bir dəfə xərclədiyi pullar barədə parlamentə hesabat vermir?

Şəffaflıq yaratmağa belə ehtiyac varsa, onu xərclənən milyardların içərisində yaratsınlar. Bu ölkədə ən sərt hesabatlılıq sistemi məhz QHT-lər üçün yaradılıb. İldə bir dəfə Maliyyə Nazirliyinə icmal və detallı maliyyə hesabatı verilir, hər rüb Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə hesabat verilir. Bütün layihələr müqavilələr imzalandığı gündən bir ay ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Maliyyə monitorinqi orqanı bank hesabları vasitəsilə QHT-lərin maliyyə axınlarını son qəpiyinədək nəzarətdə saxlayır. Bu qədər geniş nəzarət imkanını mövcud olduğu şəraitdə qeyri-şəffaflıqdan şikayətlənmək absurddur. Hökumətin yaratmaq istədiyi şəffaflıq sistemi yox, bürokratik əngəllər sistemidir».
Rövşən Ağayevə görə, bu dəyişikliklər, əslində, hökumətin sonuncu müstəqil QHT qalasına hücumudur və neft gəlirlərinin azalması dövrünə hazırlıq deməkdir: «Misal üçün yenicə həbs olunmuş QHT rəhbəri Anar Məmmədli hakimiyyətin marağına uyğun gəlməyən seçki şəffaflığı istiqamətində yetərincə monitorinqlər aparırdı. Iqtisadi sahədə ixtisaslaşan QHT-lər hökumətin büdcə siyasətinə və korrupsiyaya dair müşahidələrini paylaşır. Bu, hökumətin maraqlarına uyğun deyil. Yəni azad təşkilatlar bu cür avtoritar idarəetmə üçün həmişə problemdir. Neft pullarının azalması dövründə hökumətin daha çox eyibləri ortaya çıxacaq, axı həmin pullar hökumətin eyiblərini kifayət qədər örtürdü. Hökumət bunların hamısını görür. Mətbuatla bağlı problem əhəmiyyətli dərəcədə “həll olunub”. Sonuncu azad fikirin olduğu qala QHT-lər idi...».

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Milli Məclisin qəbul etdiyi dəyişikliklərdə QHT-lərin fəaliyyətini məhdudlaşdıran məqamların olmadığını deyir. Onun fikrincə, sözügedən dəyişikliklər inkişaf etmiş ölkələrin təcrübəsinə istinadla hazırlanıb: «Biz ən mütərəqqi ölkələrin qanunvericiliyinə baxaraq öz qanunlarımızı təkmilləşdirməliyik. İndiki dəyişikliklərdə QHT-lərin fəaliyyətini məhdudlaşdıran bir məqam görmürəm, əgər elə müddəalar varsa QHT rəhbəri kimi ona göz yuma bilmərəm».

Müraciətə imza atanlardan biri – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev ümid edir ki, prezidentə yazdıqları nəticəsiz qalmayacaq: «Müraciətin qəbul edilib-edilməməsi üz tutduğumuz ünvanın mövqeyindən asılıdır. Bir neçə il əvvəl də QHT qanunvericiliyinə təklif olunan dəyişiklikləri parlament qəbul etmişdi. Amma vətəndaş cəmiyyətinin etirazlarından sonra həmin dəyişikliklərin bəziləri qəbul olunmadı. Hələ ki, QHT-lərin hər hansı etiraz aksiyası keçirməsi ilə bağlı qərar qəbul edilməyib. İlkin olaraq prezidentə müraciət etmişik, hansı qərarın verilməsi Prezident Administrasiyasından asılıdır».

Dekabrın 17-də Milli Məclis «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklikləri qəbul edib və imzalanması üçün prezidentə göndərib.
/azadliq.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan kənardır”

    HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan ...

    10-02-2014, 15:34

  • 
  • Əcnəbi QHT-lərin fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir

    Əcnəbi QHT-lərin fəaliyyəti ilə bağlı qaydalar ...

    15-09-2014, 13:57

  • 
  • Anar Məmmədli “vicdan məhbusu” elan edildi

    Anar Məmmədli “vicdan məhbusu” elan edildi ...

    24-12-2013, 17:20

  • 
  • Əli Həsənovun BMM bazarlığı

    Əli Həsənovun BMM bazarlığı ...

    13-02-2013, 09:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (311)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu