GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dövlətin iki məmuru radikal təriqətin təhdidi altındadır

Dövlətin iki məmuru radikal təriqətin təhdidi altındadır

Tarix: 20-12-2013, 09:44 Bölmə :Ölkə Baxış: 843
Dövlətin iki məmuru radikal təriqətin təhdidi altındadır
Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov Fazil Məmmədovun biznesini idarə edən Qafar Qurbanovun qardaşıdır; gözlənilmədən işdən çıxarılan S.Qurbanov naziri və onun yaxın qohumu, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovu hədələyirmiş
Bir neçə gün öncə Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasına atəşə tutan Samir adlı şəxsin kimliyi haqda redaksiyamıza şok məlumatlar daxil olub. Silahlı insidentə görə həbs edilən şəxs vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, “Ataholdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşı Samir Qurbanovdur.

Bu barədə “Yeni Müsavat”a nazirlikdəki qaynaqlardan məlumat daxil olub.
Mənbənin iddiasına görə, S. Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfərə yaxın sələfi var və onların 50 nəfəri Sumqayıt şəhərində yaşayır. S.Qurbanov istənilən kritik saatda telefon zəngləri ilə minimum 100 nəfər idmançı görkəmli vəhhabini bir araya gətirmək imkanına sahib birisi kimi xarakterizə olunur.



AzNews.az saytının məlumatına görə, Samir bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq bu yaxınlarda uzun illər çalışdığı vəzifəsindən gözlənilmədən çıxarılıb. Bu da silahlı insidentin baş verməsinə səbəb olub.

Redaksiyamızı bilgiləndirən mənbə isə iddia edir ki, o mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” (qeyri-rəsmi maaş) də alırmış. Bu pulu özünə yaxın olan vəhhabi icmasının ehtiyaclarına xərclənirmiş. Onun işdən çıxarılmasının səbəbi də təriqətçiliyi və nazirin ünvanına tez-tez tənqidlər səsləndirməsi olub. O, son aylarda hər gün deyirmiş ki, burada hər kəsin qazandığı haramdır və mütləq bu pullardan ona “zəkat” verilməlidir. Nəticədə, S.Qurbanovu işdən çıxartdılar və həm də “paketi”ni kəsdilər. Onu ən çox hiddətləndirən də “paket”in kəsilməsi olub. O, bir neçə dəfə rəhbərlikdən, xüsusi ilə də nazirə ən yaxın olan Binəqədi İH başçısı Xaləddin İsgəndərovdan (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.). “paket”in bərpa edilməsini tələb edib. Mənbəmiz onu da bildirir ki, əslində Samir Qurbanov özü zəngin adamdır: “Onun az qala 40 bahalı maşını var. Hamısının da nömrəsi 041-lə bitir”.



Mənbə onu da iddia edir ki, insident baş verən gün S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov. Lakin onu içəri buraxmayıblar. Qəzəblənən Samir nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla, bir növ bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb. Mənbələrimiz bildirir ki, xüsusi ilə X.İsgəndərov baş verənlərdən narahatdır və bütün yaxınlarının təhlükəsizliyini gücləndirib. Çünki S.Qurbanov həbsdə olsa da, icma üzvləri, o cümlədən də onun “vuran əli” sayılanlar azadlıqdadır və hər an onların qarışıqlıq salacağı gözlənilir.



Məlumatlara görə, S.Qurbanovun F.Məmmədovun biznesinin idarəçiliyi ilə məşğul olan qardaşı Qafar Qurbanov qardaşının hərəkətini təqdir etmir. Hətta Q.Qurbanovun insidentdən sonra 10 gün gizlənmiş S.Qurbanovun tutularaq istintaqa təhvil verilməsində mühüm rol oynadığı bildirilir. Bununla belə, Vergilər Nazirliyi insidentin maksimum dərəcədə məxfi saxlamağa çalışır. Respublika Prokurorluğunun və Vergilər Nazirliyinin mətbuat xidmətləri məsələ ilə bağlı eyni cavabı veriblər: “Bu barədə bizdə məlumat yoxdur”.

İşin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Hələlik şəxsin müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edir.

Sonda onu da qeyd edək ki, Q.Qurbanovun adı mətbuatda ilk dəfə 2012-ci ilin yayında ARDNŞ-in Monteneqroda ada alması ətrafında qalmaqalda hallanıb. Mediada gedən məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-ın adından “Ataholdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb. Özəl şirkət olan “Ataholdinq”in rəsmisinə dövlət şirkəti tərəfindən belə səlahiyyət verilməsi isə ekspertlər tərəfindən hüquqi nihilizm kimi qiymətləndirilib. Ekspertlərin fikrincə, yaranmış uyğunsuzluq bu iki şirkət arasında müəmmalı maraqlardan və bağlılıqdan xəbər verir.

bax: ( http://musavat.com/news/g%C3%BCnd%C9%99m/MONTENEQRODAKI-ADANI-ATAHOLD%C4%B0NQ-ALIBMI%C5%9E_127824.html ttp://musavat.com/news/g%C3%BCnd%C9%99m/MONTENEQRODAKİ-ADANİ-ATAHOLD%C4%B0NQ-ALİBMİ%C5%9E_127824.html )

Monteneqro hökumətinin saytında verilən məlumata görə, 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 milyon avro, ilk 8 ilində isə 258 milyon avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək.



Bundan başqa, Q.Qurbanov F.Məmmədova məxsus olması iddia edilən beşulduzlu “Excelsior” otelini də idarə edir. Elitar otel sayılan “Excelsior”da qiymətlər Avropa səviyyəsindən belə bahadır. Otelin əyləncə mərkəzlərində vergi sisteminin rəhbər şəxsləri, iri biznesin təmsilçiləri dincəlirlər.

Göründüyü kimi, Q.Qurbanov F.Məmmədovun çox yaxın və inanılmış adamı kimi iri biznes layihələrində yer alır. Ona görə də onun qardaşının nazirə asi çıxması çox təəccüblü və müəmmalı görünür.

“Yeni Müsavat” Samir Qurbanovun başqa bir vəzifəli məmurun da yaxın qohumu olması xəbərinə çıxıb. O xəbəri də araşdırıb, yaxın günlərdə Fazil Məmmədova da yaxın olan həmin qohumun adını açıqlayacağıq.

Yazıda adı çəkilən hər şəxsin, o cümlədən də Vergilər Nazirliyi və Baş Prokurorluğun da mövqeyini də dərc etməyə hazırıq.
İqtisadiyyat şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədov icra başçısından imtina etdi

    Fazil Məmmədov icra başçısından imtina etdi ...

    29-10-2013, 10:51

  • 
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42

  • 
  • İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib

    İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib ...

    5-02-2014, 09:36

  • 
  • Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi reaksiya

    Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi ...

    16-11-2015, 15:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (521)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu