“SOCAR-ın reklam şitləri 2016-cı il Avropa Çempionatının seçim turu mərhələsində Ermənistan stadionlarında yerləşdirilməyəcək”. Bu açıqlama ilə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan çıxış edib. Prezident bununla bağlı UEFA ilə danışıqlar aparıldığını və razılıq əldə edildiyini bildirib: “Bizim apardığımız danışıqlardan sonra UEFA yalnız Ermənistanda keçirilən oyunlar zamanı bu şitlərin yerləşdirilməməsinə icazə verdi. Lakin bunun televiziyada yayımlanan reklamlara heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, SOCAR “Avro-2016”nın əsas sponsorlarından biridir. UEFA ilə imzalanmış müqaviləyə əsasən şirkətin reklamları stadionlarda və televiziyalarda mütləq şəkildə yayımlanmalıdır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?