GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » GORANBOYDA BOY ÇIXARA BİLMƏYƏN YALANLAR

GORANBOYDA BOY ÇIXARA BİLMƏYƏN YALANLAR

Tarix: 20-12-2013, 15:08 Bölmə :Ölkə Baxış: 1 155
GORANBOYDA BOY ÇIXARA BİLMƏYƏN YALANLAR
Yaxud,Goranboy avtovaqzali Müqayis Verdiyevin böhtan maşınına tutarlı cavab və onun iç üzü
Goranboy Medeniyyet EviSon günlər bəzi KİV-lərdə Müqayis Verdiyev və onun oğlu Anar Verdiyev tərəfindən müxtəlif səpgili ittihamlar səsləndirilirdi ki, əslində bunların da heç bir əsası yox imiş. Bunu müəyyən etmək üçün hansısa fövqəlgücə malik olmağa da ehtiyac yoxdur. Ən azından ortada olan çılpaq reallıq Verdiyevlərin ittihamlarının hansı dərəcədə həqiqətdən uzaq olduğunu sübutladı. Əslində bütün bunlar öz şəxsı mənafeyi ilə bərabər, Goranboyda bu gün həyata keçirilən quruculuq işlərinə kölgə salmaq məqsədi daşıyırdı.Yaxşı deyirlər, iş görənin düşməni qeybətdir. Və elə bu səbəbdən də, biz də ortadakı dedi-qoduların çürüklüyünə bir daha əmin olmaq üçün Goranboya üz tutduq.
Beləliklə də, Müqayis Verdiyevin iç üzü ortaya çıxdı. Aydın oldu ki, bu qədər mətbuatda böhtanları atmağın bircə səbəbi var ki, o da ortalığı qatıb öz əməllərinin üstünü ört basdır etməkdən ibarətdir. Fəhlələrin pulunu mənimsəmək, şər-böhtan atmaqla öz şəxsı mənafeyi üçün bəzi insanlardan pul tələb edib, küllü miqdarda olan borclarını ödəmək – əsl məqsəd budur.
Bir qədər də rayon barədə: Goranboy Qaz istismari idaresiRespublikamızın əksər ünvanları kimi, Goranboy rayonu da son dövrlər öz simasını tamamilə dəyişmiş, tikinti, abadlıq, quruculuq işlərinin həcmi genişəndirilmişdir. Goranboy şəhərinə hər dörd istiqamətdən giriş qapiları qoyulmuş, divarlar aqlay daşı ilə üzlənmiş, Prezidentin tapşırığına əsasən Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, küçələrin asfalt örtüyü yenilənmiş, şəhər başdan-başa işıqlandırılmışdır. Son bir ildə rayonda Şəhər Avtovağzalı, rayon Qaz İstismar İdarəsi, Su Kanal İdarəsinin tikintisi başa çatmış, Heydər Əliyev Mərkəzinin, Paylayıcı Elektrik Şəbəkəsinin, Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Xatirə Kompleksinin, müasir bazarın, yeni Çörək zavodunun, N.Gəncəvi adına parkın ikinci hissəsinin, Əlill və şəhid ailələri üçün 6 mərtəbəli binanın tikintisi davam etdirilir. Təbii ki, bütün bu işlər yerli əhalinin məmnuniyyəti ilə qarşılanır. Bunu da goranboyluları danışdırarkən əmin olduq.
Goranboy Shahmat mektebiAraşdırmamız nəticəsində müəyyən olundu ki, KİV-lərdə rayonla bağlı M.Verdiyevin bütün uydurmaları yalan və böhtandır. Həqiqət isə belədir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsi məqsədilə 24 yanvar 2012-ci il tarixli Sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdır. İşlərin görülməsi üçün keçirilən tenderdə “Fəqan-Xidmət” MMC qalib gəlmiş, müvafiq qaydada işlərin yerinə yetirilməsinə başlanmış, görülən işlərin müqabilində vaxtı-vaxtında vəsait ödənilmişdir. Lakin nədənsə rayonda abadlıq işləri görən digər 4 briqadaların əmək haqqları ödənildiyi halda, Müqayis Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməmişdir. Ona görə də, əmək haqqı ilə İcra Hakimiyyətinə müraciət edən işçilərə izah olunmuşdur ki, gördükləri işlərin dəyəri “Fəqan-Xidmət” MMC tərəfindən tam həcmdə M.Verdiyevə ödənilmişdir, əmək haqqı tələbi ilə ona müraciət etsinlər. Lakin M.Verdiyev işçilərə çatası 24 min manat əmək haqqını ödəməkdən imtina etdiyinə görə fəhlələrin izahatları əsasında Rayon Prokurorluğu tərəfindən M.Verdiyevə qarşı cinayət işi başlanmışdır.
Goranboy su-kanal idaesiXatırladaq ki, bu onun barəsində başlanan ilk cinayət işi deyil, silsilə cinayətlərin davamıdır. Birinci dəfə M.Verdiyev 26 noyabr 1998-ci ildə Azərbaycan Recpublikası Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə maddəsi ilə 4 il müddətinə; ikinci dəfə M.Verdiyev 23 may 2002-ci ildə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə dələduzluq maddəsi üzrə 8 il azadliqdan məhrum etmə cəzasına məhkum edilib. M.Verdiyev bu cinayətlərlə kifayətlənməyib. O, bir neçə nəfəri aldadaraq pulunu mənimsəyib. Belə ki, Ağakişiyev Vüsal Zakir oğlundan qaytarmaq adı ilə 210 min manat alıb. Lakin borcu ödəmədiyi üçün Ağakişiyev məhkəməyə müraciət edib. Goranboy Rayon Məhkəməsi 21 noyabr 2011-ci ildə bu işə baxıb və iddianı təmin edib.
Bundan başqa Müqayis Verdiyev Əliyev Tahir Yunis oğlundan da 100 min dollar borc pul alıb və yenə də qaytarmayıb. Tahir Əliyev məhkəməyə müraciət edib və 12 oktyabr 2012-ci ildə Goranboy Rayon Məhkəməsində işə baxılaraq iddia təmin edilib.
Bunlar barəsində bildiyimiz məlumatların bir qismini təşkil edir.
ObyektGöründüyü kimi, Müqayis Verdiyev həmişə qanunazidd əməllərin sahibi olub. Odur ki, su çanağı suda sınar. Ən müxtəlif mətbu nəşrlərdə özünü sudan duru çıxarmağa çalışan ”Müqayis Verdiyev həqiqətdə budur”. Rayonda olduğumuz dövrdə İcra başçının oğlu Ramal Quliyevin Bakıda olması ilə əlaqədar, telefonla özü haqqında yazılanlara münasibət bildirməyini xahiş etdik. “Mən M.Verdiyev kimi adam barədə söz demək istəmirəm” desə də, zəngimizi cavabsız qoymayaraq, özü barəsində yazılanlara aydınlıq gətirdi: “Bu qədər də şər-böhtan olmaz. Əgər bunlar atama görədirsə onun gördüyü işlər göz qabağındadır, bu barədə yazsınlar”.
O, son vaxtlar mətbuatda özü və icra başçısı olan atası Nizaməddin Quliyev barəsində yayılan xəbərlərə aydınlıq gətirərək bildirdi ki, nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq, heç atmarıq da: ”Heç bir adam hamı üçün yaxşı ola bilməz. Hələ də o adam cinəyətkar deyilsə? O, bütün yazıları və deyilənləri şayiə, şər-böhtan adlandırdı. Heç kimin haqqını yeməmişəm, yemərəm də. Bu adam mətbuatda yazdırır ki, guya başçının oğlu xaricdə xalq artistinə pullar xərcləyir, nə bilim, Kapital Bankda yeyintisi var, tenderi udan “Fəqan xidmət” MMC mənə məxsusdur və s. Mən xahiş edirəm hamsının deyil, bu yazılanlardan ancaq birini təsdiq edən sənədi mətbuata təqdim etsin, belə olacaqsa və bu təsdiqlənəcəksə mən mətbuatda ondan üzr istəyəcəm. Yaxşı təqdim edə bilmirsə, ağlına gələn böhtanı atmaqdansa qəfəsdən çıxmağın yollarını düşünsün. Mən həqiqətən də 2010-2012-ci illərdə Kapital Bank Mingəçevir şəhər filialına rəhbərlik etmişəm və 2012-ci ilin iyul ayında başqa rəhbər vəzifəyə keçməyim ilə əlaqədar öz ərizəmə əsasən işdən azad edilmişəm. Dəqiqləşdirmək istəyirlərsə sorğu göndərsinlar Kapital Bank ASC-yə ki, mən, yeyintiyə, nöqsanıma görə işdən azad edilmişəm yoxsa, başqa vəzifəyə keçməyimlə əlaqədar öz ərizəmə əsasən? M.Verdiyevin bütün söylədikləri yalandır. Mən, hal-hazırdada Bakı şəhərində, bank sektorunda mühüm bir vəzifədə çalışıram. Yeyintiyə yol vermiş bir adam isə bu vəzifəni daşıya bilməz. Mənim nə şirkətim var, nə də qanunsuz əməllərim. Mənim Mingəçevirdə işləməyim o demək deyil ki, Mingəçevirdəki təşkilatlar mənə məxsusdur. Bunun necə insan olduğunu tanıyanlar bilsə də, tanımayanlar bilsinlər ki o, necə insandır? Bu uydurmaları İB-nın 1-ci müavini Baxış Abdullayev barəsindədə yazdırmışdı və müavin məndən fərqli olaraq məhkəməyə müraciət edərək, mətbuatda yazılan böhtanları məhkəməyə təqdim etmiş və oğul-ata barəsində cinayət işi açılmışdır. İndi də mətbuata car çəkirlər ki, müavin ata-oğulu tutdurmaq istəyir. Əgər yazdırdıqlarınız doğrudursa nədən çəkinirsiz? Buyur doğruluğunu təsdiq et! Ancaq yalan ayaq tutar yeriməz”.
YAP Goranboy rayon teshkilatiAraşdırmamızın sonunda “Kapital bank”-ın Mingəçevir filalı ilə əlaqə saxlayan əməkdaşlarımıza, filialdan belə cavab veriblər: “ Ramal Quliyevin, Mingəçevir şəhərindən getməsi, onun başqa işlə təmin olunması ilə əlaqədardır”.
Sonra “Fəqan-Xidmət” MMC ilə və xidmət edən 11 saylı Vergilər İdarəsi ilə əlaqə saxlanıldı, oradan da Ramal Quliyevlə heç bir əlaqənin olmadığı vurğulandı. Şirkətdən və “Kapital bank”-dan verilən cavablar müsahibimizin verdiyi cavablarla üst-üstə düşdü. Beləliklə apardığımız araşdırmalar, icra başçısı və oğlu haqqında Müqayis Verdiyevin yaydırdığı məlumatları alt –üst etdi və M.Verdiyevin iç üzünü ortaya çıxartdı.
Təbii ki, bu faktları səbəbsiz olaraq diqqətinizə çatdırmadıq. Yuxarıda da bu məqama diqqət ayırmışdıq. Söhbət Müqayis Verdiyevin ictimaiyyəti çaşdırmağa yönələn fəaliyyətindən gedir. Və ən acınacaqlı olanı da budur ki, bəzi KİV-lər hələ də bu kimi böhtan dolu yazıları yaymaqla özləri də bilmədən Verdiyevlərin kampaniyasında bir alətə çevrilirlər. Burada mətbuatı qınamırıq. Sadəcə olaraq, bu yazını yazmaqla, bu araşdırmanı aparmaqla baş verənlərə aydınlıq gətirmək istəyirik.
Ola bilsin ki, ertəsi gün Verdiyevlərin nümayəndələrindən biri yenə də mətbuata çıxacaq və yenə də ittihamlar səsləndirəcək. Amma bu ittihamların əsasının olmadığı barədə yuxarıdakı faktlar yetərli qənaət formalaşdırır. Tək qalanı mətbuatın bu istiqamətdə haqlı mövqe tutmasıdır. Yəni, KİV-lər kiminsə nələrisə iddia etməsini mediatik maraqlar fonundan daha çox, haqq-ədalət tərəzisindən qiymətləndirməlidir. Bizcə, əsl mətbuat da elə budur…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nizaməddin Quliyevin işdən çıxarılması haqda xəbərin yayılması kimə sərf edirdi? - Maraq toqquşması

    Nizaməddin Quliyevin işdən çıxarılması haqda ...

    18-04-2014, 19:23

  • 
  • Goranboy rayon icra hakimiyyəti başçısının oğlu ittihamlara cavab verdi

    Goranboy rayon icra hakimiyyəti başçısının oğlu ...

    9-04-2013, 19:00

  • 
  • İş adamnın oğlu fırıldaqçı qasid obrazında

    İş adamnın oğlu fırıldaqçı qasid obrazında ...

    10-04-2014, 19:11

  • 
  • Sumqayıtda maxinasiya: Zakir Fərəcov kimin əliylə pul silir? - TƏFSİLAT

    Sumqayıtda maxinasiya: Zakir Fərəcov kimin əliylə ...

    15-04-2016, 19:00

  • 
  • Zakir Fərəcovun MTN-nin keçmiş idarə rəisi olan yeznəsinin “Sumqayıt sərgüzəştləri”

    Zakir Fərəcovun MTN-nin keçmiş idarə rəisi olan ...

    18-04-2016, 23:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu