Bəziləri üzləşdiyi ağır xəstəliklərə qalib gəlməyi bacardı
Xəstəliklər məşhur dünya ulduzlarından da yan keçmir. Bir çox hallarda ölümədək irəliləyən xəstəliklər bəzi ulduzların həyat tərzinə çevrilir və uzun müddət bununla savaşmalı olurlar. Bəzi məşhurlar isə üzləşdiyi ağır xəstəliklərə qalib gəlməyi də bacarır.
Ailəm.az xəstəliklərə yoluxmuş və ya xərçəng kabusu ilə üz-üzə qalmış bəzi dünya ulduzlarını təqdim edir.
Ladi Qaqa 2010-cu ildə keçdiyi müayinə nəticəsində “lupus” xəstəliyinə yoluxduğunu öyrəndi. Bu xəstəlik məlum olmayan səbəblərdən insanın bütün daxili orqanlarını zədələyir və iltihablanma prosesini sürətləndirir. Müğənni hələ də “lupus”a qarşı mübarizə aparır.
Nik Cons - şəkərli diabet. Bu xəstəlik insan dünyadan köçənədək onu müşayət edir.
Pink – məşhur müğənni asma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin də birdəfəlik müalicəsi mümkün deyil.
Pamela Anderson – Hepatit C virusuna yoluxmuş dünya ulduzunun qara ciyəri həmişə təhlükə mənbəyidir.
Kim Kardaşyan – dünyaca məşhur porno ulduz sədəf xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik dəridə xroniki olaraq davam edir.
Tom Henks – o da Nik Cons kimi şəkərli diabetdən əziyyət çəkir.
İndi isə xərçəngə qalib gəlmiş bəzi ulduzlar haqqında:
Kayli Minoque – məşhur avstraliyalı müğənni 2005-ci ildə süd vəzilərindəki xərçəngə görə əməliyyat olunub. Müğənni bildirib ki, xərçəngə ailəsinin dəstəyi ilə qalib gəlib.
Filiz Akın – tanınmış türkiyəli müğənni 2002-ci ildə ağız boşluğundakı şişdən xəbər tutub. Çətin müalicə prosesindən sonra xəstəliyi geridə qoyan aktrisa deyib ki, stress və siqaretdən uzaq durmaq və həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır.
Robert De Niro – 2003-cü ildə məşhur aktyorda prostat vəzi xərçənginin olması xəbəri gündəmə bomba kimi düşmüşdü. Xoşbəxtlikdən xəstəlik baş qaldıran kimi onun üstünə düşən De Niro çox keçmədən təhlükəni geridə qoydu.
Maykl Duqlas – məşhur aktyor qırtlaq xərçəngi nəticəsində o qədər arıqlamışdı ki, tanınmaz hala düşmüşdü. Lakin bütün fədakarlıqlar hesabına o da xərçəngə qalib gələ bildi.
Yıldız Tilbe - bədənindəki rahatsızlığa görə həkimə müraciət edən türkiyəli müğənni aldığı cavabla sarsıldı. Xoşbəxtlikdən ondakı xərçəng ölümcül olmadı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?