GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda gözəllik salonlarında hepatit C xəstəliyi yayılıb

Azərbaycanda gözəllik salonlarında hepatit C xəstəliyi yayılıb

Tarix: 12-06-2013, 18:52 Bölmə :Ölkə Baxış: 1 847
Azərbaycanda gözəllik salonlarında hepatit C xəstəliyi yayılıb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Hepatit C çirklənmiş qan vasitəsilə yayılır və hər il dünyada 350.000-ə yaxın insanın ölümünə səbəb olur. Təxminən 150-200 milyon insanın bu xəstəliyə yoluxduğu ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin ən azı 4 %-i hepatit C virusuna yoluxub. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən xeyli sayda insan var. 1989-cu ildən artıq Azərbaycanda virusun müayinəsinə başlanılsa da, rəsmi qeydiyyatı 2001-ci ildən aparılmağa başlanıb. Məlumat üçün bildirək ki, qonşu ölkələrdə də hepatit xəstəliyinə yoluxma halları olduqca yüksəkdir. Məsələn, Ukraynada 2 milyondan artıq insanın bu xəstəliyə yoluxduğu bildirilir. Xəstəliyin bu ölkədə müalicəsi üçün ən azı 15-20 min dollar pul lazımdır.
Həkimlər Azərbaycanda da bu virusun yayılması ilə bağlı həyəcan təbili çalır. Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin hazırda kifayət qədər geniş yayılan bu xəstəliyin radiusu bütün dünyada genişlənib.

M. Kazıminin sözlərinə görə, bütün dünyada, xüsusən də, Amerikada, Avropada ildən-ilə artan bu xəstəlik əsasən qanla keçir: “Xəstəlik əsasən manikür-pedikür salonlarında, stomatoloji klinikalarda, qadın məsləhətxanalarında yayılır. Maariflənmə səviyyəsi yüksək olsa, bu xəstəliklə müəyyən qədər mübarizə aparmaq olar. Xəstəliyin digər bir yoluxma yolu da dializ aparatıdır. Həll yolu üçün dializ xəstləri üçün ayrıca dializ aparatları olmalıdır”.

Həkimin sözlərinə görə, xəstəlik ilkin mərhələdə özünü çox az büruzə verir. İlkin əlamətləri sarılıq, halsızlıq, zəiflikdir. 60 % hallarda isə gizli formada baş verir. Müalicə olunmadıqda isə qaraciyər serrozu, xərçəng, böyrək xəstəliklərinə gətirib çıxarır. İlkin əlamətləri isə sarılıq, qarında şişlik, ayaqlarda şişlik, qarın boşluğuna suyun yığılmasıdır.

Həkimin sözlərinə görə, hepatit C-nin müalicəsi iki yolla mümkündür: “Birinci halda dərman preparatlarıyla aparılır. Lakin dərmanla müalicə qaraciyər zədələnməzdən əvvəl aparılır və virusun qanda miqdarına görə müalicə təyin olunur. Serroz olan xəstələrdə isə tək yol transplantasiyadır”. Bu xəstəliklə müraciət edən xəstələrin sayının kifayət qədər çox olduğunu deyən həkimin sözlərinə görə, hepatit C-li xəstələrdə orqan dəyişdirilir.

Azərbaycanda BMT-nin İİV, QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahovanın mətbuata verdiyi məlumata görə, Azərbaycanda Hepatit C virusuna yoluxmuş insanların dəqiq sayı bəlli deyil. Yalnız o məlumdur ki, İİV-lə yaşayan insanların 62,4 faizində Hepatit C mövcuddur. O bildirib ki, İİV-lə yaşayan insanlar arasında Hepatit C-yə yoluxmanın artmasına səbəb bu virusa yoluxan inyeksion narkotik istifadəçilərinin qeyri-steril vasitələrdən istifadə etməsidir: “Azərbaycanda inyeksion narkomanların rəsmi statistikası reallığı əks etdirmir. Bu rəqəm rəsmi statistikadan ən azı 5-7 dəfə çoxdur. İndi Azərbaycanda 16 minə yaxın rəsmi qeydiyyata alınmış inyeksion narkotik istifadəçisi var”.

C. Cərrahova qeyd edib ki, İİV kimi Hepatit C də tam müalicə olunan xəstəlik deyil. Bu xəstəliyin ağır mərhələsində bir kurs müalicənin aparılması 10 min manatdan baha başa gəlir. Azərbaycan Nazirlər Kabinetinin İİV-lə yaşayan insanların müayinə və müalicəsi ilə bağlı 62 saylı qərarında Hepatit C-yə yoluxmuş insanlarla bağlı da bənd var. Lakin hələlik Hepatit C-yə yoluxmuş insanların müalicəsi üçün dövlət tərəfindən vəsait ayrılmır və Hepatit C-yə yoluxan insan şəxsi vəsaiti hesabına müalicə alır.

C. Cərrahovanın sözlərinə görə, heç bir dövlət qurumu bu qədər xərci öz boynuna götürə bilməz: “Ona görə də dünyada qəbul olunmuş praktika Azərbaycanda da tətbiq olunmalıdır. Məncə, bu problemin ən yaxşı həll yolu səhiyyə sahəsində islahatların aparılması və icbari tibbi sığorta sisteminin tətbiq olunmasıdır”.

Son vaxtlar bir çox təhlükəli xəstəliklərə qarşı vaksinlər hazırlanır. Hazırda hepatit B-yə qarşı vaksinasiya aparıldığını deyən M.Kazıminin sözlərinə görə, hepatit C ilə bağlı tədqiqatlar aparılır: “Təəssüflər olsun ki, Hepatit C xəstəliyi ilə bağlı heç bir vaksin yoxdur. Yaxın vaxtlarda ola bilər ki, tapılsın”.

Azərbaycanda əhalinin 15-20%-də hepatit olduğunu deyən həkimin sözlərinə görə, xəstəliyin müalicəsi yalnız profilaktik tədbirlərin görülməsi ilə mümkündür: “Qan təmasından uzaqlaşmaq lazımdır. Dırnaq qayçısı, üz qırxan, diş fırçası ayrı olmalıdır. Anadan uşağa da keçə bilər. Lakin risq çox minimaldır”.

Mircəlal Kazımi bu xəstəliklə mübarizə aparmaq üçün əhali arasında ciddi maarifləndirmə işinin aparılmalı olduğunu bildirir. Əhalinin əksəriyyətinin bu tip xəstəliklərin olması barədə heç bir məlumatı olmadığını deyən mütəxəssisin sözlərinə görə, yollarda, bilboardlarda bununla bağlı maarifləndirmə xarakterli lövhələr qoyulmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 11 min insanın ölümünə səbəb olmuş xəstəlik qayıtdı

    11 min insanın ölümünə səbəb olmuş xəstəlik ...

    22-01-2016, 13:43

  • 
  • Nazirlikdən qızılca xəbərdarlığı

    Nazirlikdən qızılca xəbərdarlığı ...

    13-08-2013, 12:31

  • 
  • Səhiyyə Nazirliyindən EBOLA əmri

    Səhiyyə Nazirliyindən EBOLA əmri ...

    15-08-2014, 17:24

  • 
  • Bu gün Ümumdünya Tualet Günüdür

    Bu gün Ümumdünya Tualet Günüdür ...

    19-11-2013, 16:24

  • 
  • Yeni virus daha üç adamın ölümünə səbəb olub

    Yeni virus daha üç adamın ölümünə səbəb olub ...

    1-06-2013, 03:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu