Bu vaxta qədər hər cür qəribəliyi ilə seçilən toy görmüşdük. Amma beləsini yox. Bu toyda bəylə gəlin lüt olub. Mərasim isə San Fransiskoda baş tutub. Təəssüf ki, axıra kimi yox. Çünki küçənin ortasında paltarsız şəkildə toy edən bu cütlük polislər tərəfindən saxlanılıb.
Ailəm.az-ın Daily Mail-ə istinadən xəbərinə görə, yeni evlənən cütlük San Fransiskoda "ictimai çılpaqlıq" qadağasına etiraz əlaməti olaraq başdan-ayağa soyunublar. Bu cür toy etmək vaxtilə striptiz rəqqasəsi olan 44 yaşlı gəlin Qipsi Taubun qərarı olub və 20 yaşlı bəy Cemiz Smis də onunla razılaşıb.
Qipsi Taub bu toyun San Fransiskoda 2012-ci ildə müəyyən olunmuş ictimai nəqliyyatlarda, küçədə, piyada keçidlərində, velosipedlərdə ictimai çılpaqlığa qarşı bir etiraz olduğunu bildirib. Hamının gözü önündə lüt rəqs edən bəy və gəlin polislər tərəfindən odeyala bükülərək polis şöbəsinə aparılıb.
Striptiz rəqqasəsi Qipsi Taub San Fransisko əhalisinin onun arxasında olduğuna inandığını deyib. Hətta bəziləri "İnsanın öz istədiyini etməsi sevindirici bir haldır. Heç kim incidilmir, xəsarət almır", - deyərək onları dəstəkləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?