Ümumdünya Mətbuat Azadlığı Günündə “Sərhədsiz Reportyorlar” təşkilatı ənənəvi “mətbuat yırtıcıları” siyahısını açıqlayıb.
Siyahıya 39 dövlət başçısı, siyasətçi, dini və hərbi xadimin adları daxildir. Onlar jurnalistlərin və digər mətbuat işçilərinin qətlinə, oğurlanmasına, təqib edilməsinə, işgəncələrə məruz qalmasına bağlı olan şəxslərdir. “Yırtıcılar” üçün ümumi xarakterik hal onların qanundan yüksəkdə olduqlarını düşünmələridir. “Mətbuat yırtıcıları” getdikcə daha da fəallaşır. Belə ki, 2012-ci ildə dünyada mətbuata qarşı zorakılıq görünməmiş səviyyəyə çatıb, rekord sayda jurnalist öldürülüb”, - təşkilatın baş katibi Kristof Delor bildirib. Təşkilatın məlumatında deyilir ki, bu il qurum hər “yırtıcı”nın adından özünəməxsus esse açıqlayıb ki, burada onlar öz “xidmətlərindən” danışırlar. Bu siyasi satira metodu hər bir “mətbuat yırtıcısı”nın xarakterini daha yaxşı açmağa, bu və ya digər liderin “mətbuat yırtıcısı” elan olunmasının səbəblərini izah etməyə imkan verir. Qeyd edək ki, 39 “yırtıcı”nın arasında 2012-ci ildə olduğu kimi, Azərbaycandan iki nümayəndə var. Onlar dövlət başçısı İlham Əliyev və Vasif Talıbovdur. “Yırtıcı”lar barədə esseni buradan oxumaq olar:
Qeyd edək ki, yalnız İran və Azərbaycan iki “mətbuat yırtıcısı”na sahib olmaq “şərəfinə nail olub”. contact.az
Sorğu
Yeni dizaynımız necədir?