GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Neft Fondunun büdcəsi şəffaflıqdan uzaqlaşır”

“Neft Fondunun büdcəsi şəffaflıqdan uzaqlaşır”

Tarix: 23-12-2013, 14:39 Bölmə :Ölkə Baxış: 668
“Neft Fondunun büdcəsi şəffaflıqdan uzaqlaşır”
Ötən həftə Dövlət Neft Fondunun illik büdcəsi ilə yanaşı fondun 2014-cü ildə idarə edilməsi üçün xərclər smetası da təsdiqləndi.

Yeni smetada nəzərə çarpan ilk dəyişiklik əvvəlki illə müqayisədə xərclərin azalmasıdır. Fondun gələn ilki xərcləri 33% və ya 28 milyon manat azaldılıb. Fond 2014-cü ili 58,1 milyon manatla yola verməli olacaq. Azalmanı şərtləndirən səbəb Neft Fondunun inzibati binasının tikintisinə ayrılan vəsaitin 2 dəfə azaldılaraq 30 milyon manata endirilməsidir. Bundan başqa qrant ödənişləri 6 dəfə, malların satın alınması isə 50% artırılıb.

Virtualaz.org bildirir ki, iqtisadçı ekspert Samir Əliyev “Media forum”a xərclər smetası ilə tanış olduqda onun diqqətini iki məsələnin çəkdiyini deyib: “Neft Fondunun büdcəsinin təsdiqinin ləngidilməsi artıq ənənə halını alıb. 2014-cü ilin büdcəsi 2013-cü ilin dekabr ayının 19-da təsdiqlənib. 2013-cü ilin büdcəsi isə hətta 2012-ci ilin son iş günü – dekabrın 30-u təsdiqlənmişdi. Əvvəlki illərin büdcəsində də oxşar vəziyyət müşahidə edilib. 2011-ci ilin büdcəsi 2010-cu ilin dekabr ayının 29-da, 2010-cu ilin büdcəsi 2009-cu il dekabrın 28-də təsdiqlənmişdi. Halbuki bu hal qanunvericiliyin birbaşa pozulmasıdır. Prezidentin 12 sentyabr 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası qaydaları”na görə, Neft Fondunun büdcəsi hər il dekabrın 1-dən gec olmayaraq təsdiqlənməlidir. Ancaq təcrübə göstərir ki, fondun büdcəsi ənənəvi olaraq dekabrın son günləri təsdiqlənir.

Fondun büdcəsində əməyin ödənişi fondu 51 faiz artıb. Gələn ilki büdcədə əməyin ödənişi fondu təxminən 2 milyon manat artaraq 5,9 milyon manata yüksəlib. Bu xərc maddəsinin açılışı verilmədiyindən həmin məbləğin hansı hissəsinin əməkhaqqına, o cümlədən ştatda olanların maaşına, hansı hissəsinin isə digər ödənişlərə aid olduğunu müəyyənləşdirmək çətindir. Ancaq Neft Fondunun əvvəlki illərin xərc smetalarının təhlili göstərir ki, ştatda olan işçilərin əməkhaqqı xərcləri orta hesabla 2,5 milyon manat təşkil edib. Fondda 110 nəfərin işlədiyini nəzərə alsaq, deməli, artımdan öncə qurumda işləyənlərin orta aylıq məvacibi 1880 manat olub. Bu isə ölkə üzrə orta aylıq əməkhaqqından ən azı 4,5 dəfə çoxdur. Artımdan belə nəticə çıxartmaq olar ki, yeni inzibati binaya köçməklə əlaqədar işçilərin sayı artırılacaq. Eyni zamanda son qiymət artımlarını kompensasiya etmək üçün işçilərin maaşının artırılması da istisna edilmir.

Ölkədə şəffaf qurumlardan hesab olunan Dövlət Neft Fondunun son 2 ildə xərclər smetası məhdud qaydada açıqlanır. Fond xərclərini ancaq maddə səviyyəsində açıqlamaqla kifayətlənir. Halbuki vahid büdcə təsnifatına uyğun olaraq xərclər bölmə, yarımbölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində açıqlanmalıdır. Yəni əməyin ödənişi üçün ayrılan xərclərin hansı hissəsinin ştatda olan və olmayan işçilərin əməkhaqqı, hansı hissəsinin Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, hansı hissəsinin icbari sığorta ödənişləri və s. təşkil etdiyi bilinməlidir.

Oxşar qapalılıq digər xərclərə aiddir. Fondun bank xərclərinin 7,4 milyon manat və ya ümumi xərclərinin 13 faizini təşkil etməsi isə heç bir məntiqə sığmır. Məlumat üçün bildirim ki, büdcə təsnifatına görə, bank xərcləri idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərdir. Bu xərclərin həcmi isə 1 faizdən çox ola bilməz. Ən yüksək xidmət haqqı ilə götürsək, bank xərcləri 7,4 milyon manat yox, 580 min manat olmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı

    Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı ...

    20-10-2014, 12:55

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 12:13

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00

  • 
  • İlham Əliyev Dövlət Neft Fondunun yeni binasının açılışında

    İlham Əliyev Dövlət Neft Fondunun yeni binasının ...

    29-12-2014, 14:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu