Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əzizovun Sumqayıt icra başçısı vəzifəsindən azad olunaraq Səbail rayonuna başçı təyin olundu.
Eldar Əzizovun böyük bir şəhərin icra başçılığından çıxarılaraq nisbətən kiçik, Bakının Səbail rayonuna başçı təyin olunması heç də birmənalı qarşılanmadı. İşlədiyi Gəncə və Sumqayıtda şəhərlərində prezidentin ad günləri zaman uzun tort bişirməsi ilə yadda qalan Eldar Əzizovun hazırkı vəzifəsi ilə razılaşmadığı və Sumqayıtdakı kabineti belə təhvil vermək istəmədiyi bildirilirdi.
Eldar Əzizovun bu şəkildə vurulmasının səbəbi ilə bağlı AzToday.az-a maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Eldar Əzizovun prezidentin gözündən düşməsinin səbəbi bu ilin iyun ayınn 5-də Sumqayıt şəhərində Bayraq Meydanında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin böyük portreti olan plakatın yanması olub. Belə ki, hakimiyyət daxilində böyük ajiotoja səbəb olan həmin yanğının qəsdən törədildiyi, yoxsa, hansısa texniki səbəbdən baş verdiyi barədə heç bir məlumat verilmədi.
Bizi məlumatlandıran mənbənin sözlərinə görə, aparılan araşdırmalar Sumqayıt Ucra Hakimiyyətinin qarşısındakı meydanda baş verən yanğının səhlənkarlıq üzündən baş verdiyi məlum olub. Belə ki, araşdırmalar zamanı məlum olub ki, bomj həyatı yaşayan iki nəfər üzun müddət həmin plakatın içində yaşayırmış. Baş verən yanğın da həmin "bomj"ların ehtiyyatsızlığı səbəbindən baş veribmiş.
Mənbə iddia edir ki, baş verən hadisə Eldar Əzizova bağışlanılmayıb. Ona görə də Sumqayıt şəhərindən Səbail rayonuna "transfer" edilib.
Sorğu
Yeni dizaynımız necədir?