GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizov Novruz şənliyinə pul yığır

Eldar Əzizov Novruz şənliyinə pul yığır

Tarix: 5-03-2013, 10:15 Bölmə :Ölkə Baxış: 1 259
Eldar Əzizov Novruz şənliyinə pul yığır

İcra başçısı xalqın pulu ilə xalqa “kef verecək”

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Eldar Əzizov qarşıdakı Novruz şənlikləri ilə bağlı iş adamlarından pul yığımına başlayıb. Bu barədə redaksiyamızı bilgili mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bunun üçün hər bir iri dükan və marketdən 100 manat məbləğində pul topladan icra başçısı ictimai iaşə və digər müəssisələri də “ümumxalq işi”nə cəlb edib: “Qarşıdan gələn Novruz bayramı təmtəraqlı bayram şənlikləri ilə gündəmə gələn SŞİH-nin başçısı E.Əzizovu hərəkətə gətirib. Bayram şənliklərini öz ənənəsinə sadiq qalaraq dəbdəbəli şəkildə keçirməyi planlaşdıran icra başçısı bunun üşün gərəkli olan maddi vəsaiti yenə də şəhərdəki iş adamlarının şəxsi büdcəsi hesabına formalaşdırmaq fikrindədir. Artıq bununla bağlı icra başçısının göstərişi ilə şəhər daxilindəki bütün iri mağaza və dükanlardan, market və ictimai iaşə obyektlərindən pul yığımına start verilib. Küçə-küçə dolaşan icra yetkililəri bütün iri obyektləri ümumi yığım prosesinə cəlb etməklə Novruz şənliyinə qədər mümkün qədər çox vəsait toplamağa çalışır”.

İş adamları pul yığımından narazıdır

Mənbənin bildirdiyinə görə, E.Əzizovun Sumqayıt həyatına gətirdiyi 100 manatlıq yığım ənənəsi iş adamları tərəfindən də ciddi narazılıqla qarşılanmaqdadır. Sahibkarlar hesab edir ki, icra başçısının bütün bayramları onların vəsaiti hesabına keçirilməsi yalnız qanunların pozulması deyil, həm də ölkə başçısının aldadılması deməkdir: “İş adamları sahibkar olaraq şəhərin ümumi dirçəlişi və inkişafı naminə müəyyən vəsait ödəməyə, bu yöndə bəlli bir əmək sərf etməyə hazırdırlar. Lakin E.Əzizovun şəhərin bütün problemlərinin həllini iş adamlarına yükləməsi sahibkarları narazı salır. Bəzi iş adamları isə hesab edir ki, icra yetkililərinin hər iki gündən bir qapını kəsdirib pul istəməsi, həm dövlət qurumunu, həm də sahibkarları gözdən salır. Bu baxımdan, sahibkarların əksəriyyəti lazımi vəsaiti ildə bir dəfə toplu halında icra hakimiyyətinə verməyin daha məqbul və “abırlı” çıxış yolu olduğu qənaətindədir. Lakin icra başçısı daha fərqli dəsti-xəttə sərgiləyir ki, bu da tərəflərin heç birinə hörmət gətirmir”.

Eldar Əzizov prezidentin tortunu da sahibkar puluna bişirib

Məlumatlı mənbənin bildirdiyinə görə, icra başçısının 2011-ci ilin dekabrında prezident İlham Əliyevin anadan olmasının 51-ci ildönümü münasibəti ilə təqdim etdiyi tort da şəhər sahibkarlarının puluna hazırlanıb: “2011-ci ilin dekabr ayında E.Əzizov İ.Əliyevin 51-ci doğum günü münasibəti ilə uzunluğu 51 metr olan tort hazırlatdı ki, bu da uzun müddət ölkə gündəmində eninə-uzununa şərh edildi. Lakin o zaman çox az adam bildi ki, icra başçısı bu tort üçün gərəkli olan vəsaiti də şəhərdəki iş adamlarından toplamışdı. Bunun üçün şəhərdəki bütün iri obyektlərdən yüz manat məbləğində vəsait toplandı ki, nəticədə E.Əzizov ortaya 51 metr uzunluğunda tort qoydu. Lakin o zaman iş adamları siyasi müstəvidə təzyiqə məruz qalmamaq və icra hakimiyyəti ilə hansısa probelm yaşamamaq üçün öz etirazlarını büruzə vermədilər. Fəqət bugünlərdə yenidən Novruz bayramı bəhanəsi ilə pul yığımına start verilməsi iş adamlarının səbrini daşırtdı. Artıq şəhərdə bununla bağlı ciddi narazılıq müşahidə edilir ki, bu narazılığa təkan verən amillərdən biri pul yığımının yalnız Novruz şənlikləri ilə yekunlaşmamasıdır”.

Sahibkarlar daha nədən narahatdır?

Bilgili qaynağın sözlərinə görə, sahibkarlar ötən illərin təcrübəsini əsas götürərək hesab edir ki, E.Əzizov qarşıdakı rəsmi bayramlarla bağlı da onlara müraciət edəcək, sahibkarları “ümumxalq işinə” yardımçı olmağa, prezidentə dəstək olmağa çalışacaq: “İş adamları haqlı olaraq belə hesab edir ki, E.Əzizovun pul yığımı qarşıdakı aylarda da davam edəcək, respublika və konstitusiya bayramları, ordu günü və s. adlarla da sahibkarlardan pul yığımı kampaniyası başladılacaqdır. Bu isə yenidən sahibkarların əsəblərinin tarıma çəkilməsi, onların hüquqlarının pozulması deməkdir”.
Mənbə iş adamlarının öz etirazlarını açıq şəkildə ortaya qoymamasının səbəblərinə də aydınlıq gətirdi: “Əslində bu gün E.Əzizovun şəhər daxilində həyata keçirdiyi siyasət icra başçısına qarşı ciddi müxalifətin formalaşmasına səbəb olub. Bu gün nəinki sıradan vətəndaşlar, həmçinin xırda, orta və iri sahibkarların əksəriyyəti E.Əzizovun yürütdüyü siyasətdən narazıdır. Ancaq bununla belə Administrasiya səviyyəsində müdafiə olunan E.Əzizova qarşı gəlmək, onun tələblərini rədd etmək həmin iş adamının biznesmen kimi iflası deməkdir. Sahibkarların susqunluğunun əsas əlamətlərindən biri də məhz bununla bağlıdır. Buna görə də Novruz şənliyi ilə bağlı pul yığımı kampaniyasının da açıq etirazlarla müşahidə ediləcəyini ehtimal etmək olmaz. Fəqət bununla yanaşı, şəhərdəki sosial gərginliyin gec-tez açıq müstəviyə keçəcəyi və E.Əzizovu çətin duruma salacağı şübhəsizdir”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov indi də avtobus sürücülərindən pul çıxarır — 10 manata yubiley lövhələri satdırır

    Eldar Əzizov indi də avtobus sürücülərindən pul ...

    6-09-2014, 13:13

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul cəzası

    Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul ...

    8-09-2014, 13:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu