Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova 8 yaşlı oğlu Tamerlana Yeni il hədiyyəsi olaraq yazdığı şeri göndərib. “Qafqazinfo” xəbər verir ki, şeri Gülər Əhmədovanın vəkili Əfsər Talıbov özünün facebook hesabında paylaşıb:
Yeni il hədiyyəsi
Bayram hədiyyəsi aldınmı oğlum? Yolkanı kiminlə bəzədin oğlum? Soyuq evimizdə gülə bildinmi, Süfrəni kim açdı bəs sənə oğlum?
Novruz bayramında şam yandırmısan, "Hamınınkı sönüb, anamkı yanır Mən hələ yatmıram" - demisən oğlum.
3 Novruz bayramı gözləyəcəksən Sonra gələcəyəm yanına oğlum. 3 Yolka bəzəsin dayın, əmingil, Sən də ətrafında oynarsan oğlum.
Sənin göndərdiyin bütün şəkillər Mənim kameramın bəzəyi olub. Çoxdan görməmişəm, sacının ətri Hər gecə burnuma dolur ay oğlum Vəfalı, ağıllı, mehriban oğlum!!!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?