GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Neftçalada dərəbəylik

Neftçalada dərəbəylik

Tarix: 26-12-2012, 12:43 Bölmə :Ölkə Baxış: 1 333
Neftçalada dərəbəylik

Yerli məmurlar rayon camaatına qan uddurur

gundemxeber.az Hər kəsə məlumdur ki, Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin nəticəsi olaraq bu gün bölgələrdə sosial iqtisadi vəziyyət böhran həddinə çatıb. Neftçalanın da əsas problemləri mövcud hakimiyyətin həyata keçirdiyi yarıtmaz siyasətin nəticələri ilə bağlıdır. Burada da əhali yerli məmurların özbaşınalıqlarından, hüquq-mühafizə orqanlarının qeri-qanuni hərəkətlərindən, işsizlikdən, sosial ədalətsizlikdən, və indiki rejimə xas digər problemlərdən əziyyət çəkir. Buraya dövlət idarələrindəki bürokratiya, vətəndaşlara qarşı süründürməçilik hallarının olmasını da əlavə etsək rayondakı real vəziyyət haqqınada düzgün təsəvvür əldə etmək olar.

Nə sahibkar var, nə də sahibkara kömək edən

Apardığımız araşdırmadan sonra məlum oldu ki, rayonda cəmi bir neçə nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, onlar da rayon rəhbərliyinə yaxın olan şəxslərdir. Bunun səbəbləri isə rayonda sahibkarlığın inkişafına yardım edəcək heç bir təşkilatın mövcud olmamasıdır. Burada nə sahibkarlığa yardım fondu, nə də kredit verəcək təşkilatların filialları fəaliyyət göstərir. Yalnız "Kapital Bank"la "Xalq Bank"ın cəmi iki filialı fəaliyyət göstərir. Həmin bankların filiallarında da əhaliyə kredit buraxılmır. Kredit almaq istəyən sakinlər isə qonşu Salyan rayonunda yerləşən müvafiq banklara müraciət edirlər ki, bu da müsbət nəticələnmir.

Xol kəndinin dərdləri

Neftçalanın Xol kəndlərinə 6 kənd-Xəzər, Xolqarabucaq, Xolqaraqaşlı, Qırmızıkənd, Dördlər, Qaçaqkənd, Qazaxbərəsi kəndləri daxildir. Rayon mərkəzindən 50 kilometr uzaqda yerləşən bu kəndlərdə 10 minə qədər əhali yaşayır. Son dövrlər işsizliklə bağlı kənd əhalisinin bir hissəsi Rusiyaya və Bakıya üz tutub. Əhalinin əsas məşğuliyəti əkinçilik və heyvandarlıqdır. Əkinçilikdə əsas yeri pambıq və taxıl tutur. 1996-cı ildə həyata keçirilmiş torpaq islahatının kənddə düzgün aparılmaması sakinlər arasında münaqişəli vəziyyət yaradıb. Belə ki, kənd sakinlərinin bir hissəsinin dövlət aktlarında nəzərdə tutulmuş torpaq mülkiyyətlərini başqaları əkir. Onların pay torpağı isə 2000-ci ildə bələdiyyə sədri, sonradan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2004-2012-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş əslən Neftçaladan olan Əbülfəz Ağayev tərəfindən mənimsənilib.
Neftçalanın Aşağı Qaramanlı kəndində də analoji vəziyyət hökm sürür. Burda bələdiyyə sədri Mirbəşir Ağayev kənddə torpaq mülkiyyətçiləri arasında qarşılıqlı anlaşmanın olmasına əngəl yaradır. Bizimlə söhbət edən kənd sakinlərindən biri bildirdi ki, bələdiyyə sədri icra başçısının aqrar məsələlər üzrə müavini Salman Həziyevlə birləşərək torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılmasına mane olurlar.
Digər kənd sakinləri də problemlə bağlı 427 torpaq mülkiyyətçisinin müxtəlif dövlət orqanlarına o cümlədən rayon məhkəməsinə şikayət etdiklərini bildirdilər. Sonra kəndin digər problemlərindən danışan sakinlər əsas çətinliyin su qıtlığı ilə bağlı olduğunu söylədilər.

Bizə bir içim su verin!

"Kəndə su verən kanalın keçdiyi ərazilərdə qeyri-qanuni olaraq suni göllər yaradılıb. Balıq saxlanılması nəzərdə tutulan bu göllərin umumi sahəsi 500 hektara yaxındır ki, bu da kənddə su probleminin yaranmasına səbəb olub. Bundan əlavə kanala nəzərdə tutulmuş limitdən az miqdarda suyun vurulması, elektrik enerjisində yaranan fasilələr su çatışmazlığının yaranmasına səbəb olur. Təsərrüfatlarımız 4 dəfə suvarılmalı olduğu halda cəmi 2 dəfə suvara bilirik. Bu da məhsuldarlığın dəfələrlə aşağı düşməsinə səbəb olur. Tələb edirik ki, suvarma idarələri qanuni fəaliyyət göstərsin və kəndi su ilə təmin edən kanal yenidən qurulsun. Yoxsa bütün təsərrüfatımız məhv olma təhlükəsi qarşısındadır". Sakinlərdən biri isə bildirdi ki, bələdiyyə sədri heç bir dövlət vergisi ödəmədən hər il 200 hektar torpaq sahəsini əkib becərir.

Yuxarı Qaramanlı kəndininin "qoçusu"

Rayonunun Yuxarı Qaramanlı kəndində də sakinlər yerli məmurların yaratdığı problemlərdən əziyyət çəkir. Bizimlə söhbət edən kənd sakinləri kənddə torpaq islahatının düzgün aparılmadığını bildirdilər: "1998-ci ildə islahat başa çatıb. Kəndin yararlı torpaqları bir qrup şəxs tərəfindən mənimsənilib. Digər mülkiyyətçilərə verilmiş torpaqlar isə tam yararsızdır, orada heç nə əkmək mümkün deyil. Buna görə də kənd sakinlərindən bir qrupu dövlət aktlarını almaqdan imtina edib". Daha sonra icra başçısının birinci müavini Dilavər Əliyevin yol verdiyi özbaşınalıqlardan danışan sakinlər bildirdilər ki, o kəndin umumi istifadəsində olan bütün örüş sahələrini mənimsəyib. "Bununla bağlı 45 kənd sakini yerli məhkəməyə müraciət edib. Rayon məhkəməsi də örüş sahələrinin kəndin umumi istifadəsinə qaytarılması ilə bağlı qətnamə çıxarıb. Amma hələ də qətnamə icra olunmayıb. Buna görə də kəndin 1000 başa yaxın mal-qarası həyətlərdə qalıb.
Anoloji problemlə bağlı Qaralı kənd sakinləri də 137 nəfərin imzası ilə müxtəlif dövlət orqanlarına müraciət ediblər. Bununla yanaşı icra başçısının birinci müavini Dilavər Əliyev kəndə məxsus transformatoru zəbt etdiyi örüş sahəsinə aparıb". Daha sonra D.Əliyev Pirəppə kəndindən Qaralı kəndinə qədər içməli su xəttini ekskvatorla qazdırıb çıxarıb. Təxminən 2000 metr su turbasını 15 min manatdan satdırıb. Həmsöhbətimiz bildirdi ki, müavin icra başçısı İsmayıl Vəliyevin mal-qarasını saxlayır və onunla şəxsi münasibətlərindən istifadə edib istədiyi qanunsuzluğu edir.

Arif Rəhimzadədən sakinlərə orjinal cavab

Baş çəkdiyimiz Həsənabad qəsəbəsi də eyni problemlərlə üzbəüzdür. Qəsəbədə yaşayan 7000-ə qədər əhalinin əsas problemləri işsizlik, su, və enerji çatışmazlığı ilə bağlıdır. Sakinlərin bir hisəsi pul qazanmaq üçün MDB ölkələrinə və paytaxta üz tutub. Bizimlə söhbət edən qəsəbə sakinləri bildirdilər ki, içməli su ən böyük problemdir. "Sovet dövründə işləyən və qəsəbəyə su verən motorlardan ancaq birinin işlək vəziyyətdə olması problemin başlıca səbəbidir. Qəsəbə əhalisi evlərinə suyu maşınlarda gətirir və daim onun ehtiyacını çəkir. Sutka ərzində fasilələrlə verilən elektrik enerjisinə görə isə ev başı 20 manatdan pul yığılır. Pul yığılmasını asanlaşdırmaq üçün isə hər ay pensiyalardan həmin məbləğ tutulur. Bu da sakinlərin haqlı narazılığına səbəb olur". Qəsəbə sakinləri yaranmış problemlərlə bağlı Neftçaladan millət vəkili seçilmiş Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə müracət ediblər. A.Rəhimzadənin kənd sakinlərinə cavabı isə çox orjinal olub. O, "Həsənabad camaatı seçkidə mənə səs verməyib ona görə onların problemləri məni maraqlandırmır" deyib.

Fuad Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni ekspert: "Ermənistanda demoqrafik vəziyyət böhran həddinə çatıb”

    Erməni ekspert: "Ermənistanda demoqrafik ...

    11-07-2016, 23:41

  • 
  • Vahid Əhmədov Aqil Abbasın təklifinə qarşı çıxdı

    Vahid Əhmədov Aqil Abbasın təklifinə qarşı çıxdı ...

    21-01-2016, 22:31

  • 
  • Məmurların kütləvi həbsi gözlənilir

    Məmurların kütləvi həbsi gözlənilir ...

    21-11-2013, 12:36

  • 
  • Apellyasiya Şuraları sahibkarların hüquqlarının qorunması istiqamətində atılan növbəti addımdır

    Apellyasiya Şuraları sahibkarların hüquqlarının ...

    4-02-2016, 12:47

  • 
  • Əziz Əzizov Cəlilabadı bərbad günə salıb

    Əziz Əzizov Cəlilabadı bərbad günə salıb ...

    28-05-2013, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu