Türkiyədə böyük rüşvət qalmaqalı ilə bağlı istintaqda koordinator olan Zekeriya Özlə bağlı ilginc məlumatlar yayılıb. Z.Öz ötən həftə yoxlama üçün getdiyi İstanbul Polis İdarəsindən orijinal qeydləri özü ilə aparıb.
Buna səbəb şübhəli olaraq saxlanan şəxslərə veriləcək sualların dəyişdirilıməsi ehtimalı olub.
İstanbulun baş prokuroru Zekeriya Öz şübhəlilərə aid telefon dinləmələri və səsyazmaların surətini almaqdan imtina edərək ancaq orjinallarla maraqlanıb. Məlumatlara görə, Z.Öz orijinal qeydlərin möhürlü zərflə mühafizə altına alınmasına göstəriş verib.
Buna səbəb isə şübhəli yaxınlarının mətbuatda yayımlanan səsyazmaları ilə bağlı səsləndirdikləri iddialar olub. Bu iddialara görə səsyazmalar dəyişdirilib, əlavələr edilib. Ancaq prokurorluq belə bir ehtimalı rədd edir. Buna görə də məhkəmə zamanı orijinal səsyazmalarla istintaqda yer alan səsyazmalar bir-biri ilə müqayisə olunacaq.
Z.Öz isə bu arada barəsində yayılan ittihamlara cavab verib. Öz Twitter səhifəsində barəsindəki ittihamları iftira adlandıran Z.Öz “İftiranın iyi o biri dünyada cıxmaz” deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?