Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdan ayrıldığı barədə söz-söhbətlər yayılıb. Əməkdaşımız F.Əhmədovla əlaqə saxlayaraq onların ayrılması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirməyə çalışıb.
Modern.az saytına açıqlamasında Fikrət Əhmədov bu barədə sualdan hiddətlənərənək deyilərnlərin şayiə olduğunu vurğulayıb.
“Biz 27 ildir ki, ailəliyik, nə boşanma, nə ayrılma..? Bizim böyük oğlumuzun 26 yaşı var. Bunlar nə uydurmalardır belə, yayırlar?” - deyə F.Əhmədov kəskin reaksiya nümayiş etdirib.
Qeyd edək ki, F.Əhmədov 1995-ci ildən 2012-ci ilin son aylarınadək AzTV telekanalında reklam şöbəsinin müdiri vəzifəsində çalışıb. Səhhətindəki problemlə əlaqədar öz istəyi ilə işdən çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?