Milli Şuranın sədri Cəmil Həsənli köşə yazarı Elnur Astanbəylinin onun Yazıçılar Birliyindən istefa verməsi ilə çağırışına cavab verib. Cəmil Həsənli açıqlamasında bildirib ki, Yazıçılar Birliyinin şərdən. irticadan yana olan qurum olduğunu Elnur bəy iddia edib: “Mən hesab etmirəm ki, Yazıçılar Birliyi şərdən, iticadan yana olan bir qurumdur. Burada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri təmsil olunublar və bu gün də təmsil olunurlar. Azərbaycanda şər, irtica varsa bunu Yazıçılar Birliyi ilə əlaqələndirmək doğru deyil. Bu qurum ictimai təşkilatdır”.
Cəmil Həsənli bildirib ki, o təkcə Yazıçılar Birliyinin üzvü deyil: “Mən eyni zamanda Türk Tarix Qurumunun, bir sıra nəşrlərin, bülletenlərin, beynəlxalq analiz qruplarının da üzvüyəm. Bunlar mənim siyasi yönümü müəyyən etmir. Hər hansı təşkilatda olub-olmamağım özümlə bağlı olan məsələdir. Yazıçılar Birliyi qeyri -siyasi qurumdur. Mən hesab etmirəm ki, bu ciddi məsələdir. Bilmək istəyirsinizsə, mənim Anara böyük hörmətim var. Bu hörmət daimidir. Kiminsə nəyisə yazmağı ilə bağlı deyil”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?