Dünən- 9 oktyabr Azərbaycanda prezident seçkiləri günü idi. Bu günlə əlaqədar bir neçə tanınmış siyasətçilər səslərini hansı namizədə verdikləri ilə bağlı açıqlama veriblər. Onlardan biri də həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdir. O, prezident İlham Əliyevə səs verdiyini deyib. 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 2 saylı Cəzaçəkmə müəssisəsində səs verəndən sonra jurnalistlərə açıqlamasında Fərhad Əliyev bundan əvvəl seçkilərlə bağlı bəyanatla çıxış etdiyini deyib: “Bu gün də öz əqidəmə sadiq qalaraq Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini layiqincə qoruyan prezidentimə səs verdim ”.
Fərhad Əliyevlə eyni ildə həbs olunan sabiq səhiyyə naziri Əli İnsanovun hansı namizədə səs verməsi ilə bağlı vəkili Toğrul Babayevlə əlaqə saxladıq. Vəkil bildrdi ki, Əli İnsanov seçkilərdə iştirak edib və səsini Cəmil Həsənliyə verib.
Xatırladaq ki Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlananılır. Əli İnsanov, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?