GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Rza Zərrab Azərbaycana investisiya qoymağa hazırlaşırdı”

“Rza Zərrab Azərbaycana investisiya qoymağa hazırlaşırdı”

Tarix: 26-12-2013, 01:30 Bölmə :Ölkə Baxış: 638
 “Rza Zərrab Azərbaycana investisiya qoymağa hazırlaşırdı”
Türkiyəni qarışdıran azərbaycanlı iş adamının ortağı “Yeni Müsavat”a sensasion açıqlamalar verdi
Türkiyəni sarsıdan 17 dekabr korrupsiya və rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın Dubaydakı ticarətinin ortaqlarından biri “Yeni Müsavat”a zəng edərək bir sıra açıqlamalar vermək istədiyini deyib. Adının çəkilməsini istəməyən iş adamı ilə telefon söhbətini təqdim edirik.
- Mən uzun illərdir Zərrab ailəsini tanıyıram. Onlarla bərabər Dubayda qızıl, brilyant və almaz ticarəti ilə bağlı ortaq layihələrimiz olub. Rza çox bacarıqlı bir şəxsdir, qanunlara sayğısını bərabər çalışdığımız zaman şəxsən müşahidə etmişəm. Onun şirkətlər qrupu qaranlıq qaydalarla deyil, hüququn tələb etdiyi prinsiplərlə işləyib. Bu gün onun adının qanunsuz dəstə yaradaraq rüşvət verib hansısa çirkli pulların yuyulması ilə məşğul olan şəxs kimi təqdim edilməsi boş iddialardan başqa bir şey deyil. Mən heç şübhə etmirəm ki, bu, Türkiyəyə qarşı qurulan bir hiylədir. Ona da şübhə etmirəm ki, istintaq ədalətli aparılsa Rza Zərrabın bu gün qapa pullar kimi təqdim edilən maliyyəsinin sənədlərində heç bir qanundan kənar məqam olmadığı ortaya çıxacaq. Məni ən çox narahat edənsə Rza Zərrabın adının olduqca mənfi imici olan müğənni, model səviyyəsində müzakirələrə çıxarılmasıdır. Söhbət Günel Zeynalova və Günay Musayevadan gedir. Bu şəxslər hər zaman Rza Zərrabdan yararlanmağa çalışıblar.

- Ancaq Rza Zərrabın həyat yoldaşı da müğənnidir...

- Ebru Gündəş onun həyat yoldaşıdır. Mən bu ailəni yaxından tanıyıram.

- Türkiyə qaynaqları Rza Zərrabın 1984-cü ildə Bakıda doğulduğunu qeyd edir. Türkiyənin ünlü media quruluşları iddia edir ki, onun sənədində belə göstərilib. Ancaq onun Təbrizdə doğulduğu faktdır. Siz onun pasportunu görmüsünüzmü? Orada doğrudanmı Təbriz yox, Bakı yazılıb?

- Pasportunu görməmişəm. Ancaq Rza Təbrizdə doğulub. Bunu hər kəs bilir.

- Ancaq Türkiyə pasportunda doğum yeri kimi Bakı göstərilir. Ona qarşı irəli sürülən ittihamlardan biri də saxta sənədlər əldə etmək üçün Türkiyənin rəsmi şəxslərinə rüşvət verməsidir.

- Bunların hamısının böhtan olduğuna inanıram. Rza Zərrab çox vətənpərvər bir insandır. O, illərdir xeyriyyəçiliklə məşğul olur. Bilirsiniz nə qədər insana əl tutub, ev alıb?

- 29 yaşlı bir insanın “nə qədər” insana ev alması, miqyaslı xeyriyyəçiliklə məşğul olması suallar yaradır...

- Rza çox bacarıqlı iş adamıdır. Qızıl, brilyant işində bəlkə də onun qədər usta tacir yoxdur. 5 il öncənin trendləri ilə bağlı son dərəcə dəqiq proqnozlar verə bilir. Bu bacarığına görə də dünyanın bir neçə ölkəsində böyük biznes qura bilib.

- Azərbaycanda da biznes qurmaq fikri var idi?

- Bəli. Yaxın iki ildə Azərbaycana güclü investisiya yatırmağı planlaşdırırdı.

- Konkret hansı sahəyə?

- Turizmə. Xəzər sahillərində otellər inşa etdirmək fikrindəydi.

- Bunun üçün Azərbaycan rəsmi şəxsləri ilə danışıqlar aparımışdımı, ilkin razılaşma var idimi?

- Yox. Onun Azərbaycanın məmur korpusundan heç kimlə ilişkisi olmayıb.

- Ancaq onunla rəhbərlik etdiyi iddia olunan cinayət işində Azərbaycan gömrük məntəqəsinin rəisi həbs edilib...

- O pullar Afrikanın da hansısa ölkəsinin gömrüyündən keçsəydi həmin məntəqənin rəisini şübhəli şəxs kimi istintaqa cəlb edəcəkdilər. Bir daha bildirirəm ki, bütün bunlar boş iddialardır, ABŞ-ın “nurçuların” əli ilə həyata keçirdiyi əməliyyatdır. İnşallah doğru yerini tapar.

- Rza Zərrabın xəstə olması ilə bağlı xəbərlər nə qədər doğrudur?

- Rza xəstədir. Özü də bu yaxın ayların məsələsi deyil. Onun anadangəlmə böyrək və qara ciyər problemi var. Böyrəyində şiş olduğunu mənə demişdi. Yaxın günlərdə kimyaterapiyaya hazırlaşırdı.

- Siz onunla son dəfə nə zaman görüşmüsüz?

- Avqustda Türkiyədə görüşdük. Ancaq davamlı əlaqə saxlayırdıq. Mənə xəstəliyindən də danışdı, dedi ki, davamlı müalicə alsa da böyrəyinin üstündəki şiş ərimir. İndi də yəqin ki yaşadığı stresə görə xəstəliyi daha da şiddətlənib. Allahdan ona şəfa diləyirəm.

- Siz görüşərkən işləri ilə bağlı hər hansı problem yaşadığından söhbət açmışdımı?

- Açıq bir söz demədi. Bircə onu vurğuladı ki, burada mənə mane olmaq istəyənlər var. Ancaq konkretləşdirmədi deyə, mən də heç bir şey soruşmadım. Bir daha deyirəm ki, Rzanın əməlində heç bir cinayət tərkibinin olmadığına inanıram. O, sadəcə ABŞ-ın İranla münasibətlərinə görə Türkiyəyə etdiyi basqının qurbanıdır.

Aygün Muradxanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrab çirkli pulları necə yuyub?

    Rza Zərrab çirkli pulları necə yuyub? ...

    20-12-2013, 14:27

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrab və Ebru Gündeşlə bağlı məhkəmə qərarı

    Rza Zərrab və Ebru Gündeşlə bağlı məhkəmə qərarı ...

    7-02-2014, 12:44

  • 
  • Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti uzadıldı

    Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti ...

    17-02-2014, 21:48

  • 
  • Üç nazir oğlu və Rza Zərrab həbsdən buraxıldı

    Üç nazir oğlu və Rza Zərrab həbsdən buraxıldı ...

    28-02-2014, 16:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu