GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Səttar Mehbalıyevin zülmündən başqa biri də özünü öldürüb”

“Səttar Mehbalıyevin zülmündən başqa biri də özünü öldürüb”

Tarix: 27-12-2013, 00:05 Bölmə :Ölkə Baxış: 941
“Səttar Mehbalıyevin zülmündən başqa biri də özünü öldürüb”
Aslan İsmayılov: “Azərbaycanda əmlakı zorla əldən almaq tendensiyasınım əsasını bu adam qoyub”

Qarabağ qazisi Zaur Həsənovun özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) önündə yandırması hazırda günün əsas xəbəri və mövzusudur.

Hazırda 5 saylı xəstəxanada ağır vəziyyətdə olan müharibə əlili AHİK sədri, deputat Sətdar Mehbalıyevdən şikayətçi olduğu üçün canına qəsd edib. S.Mehbalıyev isə Qarabağ qazsini şərçi və şantajçı adlandırıb.

Maraqlıdır ki, adə vətəndaşla onun əmlakını qəsb etmək məqsədilə münaqişəyə girməsi ilk dəfə deyil. Bir neçə il əvvəl tanınmış vəkil Aslan İsmayılovun da deputatla belə münaqişəsi olub. Bunu virtualaz.org saytına açıqlamasında A.İsmayılov özü dedi.

Vəkilin sözlərinə görə, AHİK hazırda Səttar Mehbalıyev tərəfindən ata mülkü kimi idarə edilir: “Səttar Mehbalıyev telekanallara müsahibəsində deyib ki, bu məsələ onluq deyil. Bu, tamamilə yalandır. Səttar Mehbalıyellə təxminən iki ilə kimi vuruşan biri kimi deyirəm ki, məsələ yalnız onun öz şəxsi marağı ilə bağlıdır. Səttar Mehbalıyev mənimlə bağlı bütün məhkəmələri Ali Məhkəmənin sədri Ramiz Rzayevin köməkliyi ilə uddu. Bibiheybətdə ev tikirdim, onu dörd tərəfdən mühasirəyə aldı. Onu ifşa edən, qanunsuzluqları sübut edən materialların mətbuat vasitəsilə yaydığıma görə məni sakitləşdirmək üçün hasarı sökdü, istədiyimdən də artıq həyət verdi. Bu gün mənimlə Səttar Mehbalıyevin problemi mənim xeyrimə həll olunub. Ondan nə xahiş, nə də minnət etmişəm. Məndən aldığı həyətyanı sahəmi artıqlaması ilə qaytarıb. Bu gün istəyir getsin o hasarı da, evi də söksün. Bunu məni susdurmaq üçün etmişdi, ancaq Zaurun məsələsindən sonra tüpürürəm o evə də, həyətyanı sahəyə də”.



A.İsmayılov Zaur Həsənovu yaxından tanıdığını və onun tam haqlı olduğunu da qeyd etdi: “Bu torpaq sahəsi onun idi, həmin sahənin nə Səttar Mehbalıyevə, nə də konfederasiyaya heç bir aidiyyəti yoxdur. Məhkəmə qərarları arxasında gizlənən Səttar Mehbalıyev həmin qərarları qanunsuz yolla alıb. Onunla problemim olan dövrdə, məhkəmə çəkişmələri zamanı Apelyasiya Məhkəməsi mənim xeyrimə qərar qəbul etdi. Ancaq Ali Məhkəmənin sədri Ramiz Rzayev Səttar Mehbalıyevin təkidi ilə Apelyasiya Məhkəməsindən mənə rədd cavabının verilməsini tələb edirdi. Ancaq Apelyasiya Məhkəməsi qanuni qərar çıxardı. Səttar Mehbalıyevlə ortaq olan Ramiz Rzayev həmin qərarı ləğv etdirdi. Qarabağ əlilinin isə öz malını əlindən aldılar, özünü də atdılar bayıra. O gəldi, ona heç bir təmənna olmadan, bir Qarabağ əlili kimi bir neçə dəfə cürbəcür ünvanlara ərizə yazdım. Sonra Səttar onu çağırdı yanına və yazdırdı ki, şikayəti özü yox, Aslan İsmayılov və onun kimiləri ona yazdırıb. Mən də bunu bildim, amma Zaurdan heç bir incikliyim olmadı. Çünki bilirdim ki, bunu ondan zorla alıblar. İndi Səttar Mehbalıyev həmin ərizəni ortalığa çıxarıb. Ərizəni alandan sonra Zaura bir ay işləməyə icazə verdi, sonra da yenə əmlakını əlindən aldı”.

A.İsmayılovun sözlərinə görə, vətəndaşların haqqını yeməkdə Səttar Mehbalıyevin şərikləri onun Prezident Administrasiyasının şöbə müdiri olan qudası Əli Həsənov və dostu olan Ali Məhkəmənin sədri Ramiz Rzayevdir: “Bu işlərdə Hacıbala Abutalıbov da onlara kömək edir. Bibiheybət camaatı illərdir orada abadlıq işləri aparıb. Bataqlıq olan ərazini çirkabdan təmizləyiblər. Hər biri o torpaqları alıb, ailələrini dolandırmaq üçün obyekt açıblar. Obyektlər işə başlayan kimi Səttar Mehbalıyev gəlib hamısını əllərindən alıb. Orda bircə nəfər var. Onun da yanında dayısı oğlunu oturdub 50 faizlə işlədir. Qalanların nəyi var hamısını əllərindən alıb”.

Vəkil Azərbaycanda əmlakı zorla əldən almaq tendensiyasının əsasını ilk dəfə Səttar Mehbalıyevin qoyduğunu deyir. Bildirir ki. ilk belə hal 2000-ci illərin əvvəlində baş verib: “2000-ci ilin əvvəllərində yaxşı tanıdığım “Xəyal” holdinqin sahibi, maştağalı, rəhmətlik Fikrət Rəcəbov var idi, sonra özünü öldürdü. Fikrət Rəcəbovun Zuğulba tərəfdə “Xəyal” restoranı var idi, Bakının bir nömrəli restoranı idi. Səttar Mehbalıyev həmin yeri zorla Fikrətin əlindən aldı. Bunu özünə qəsd etməzdən əvvəl mənə Fikrət demişdi. Qəsd etməyinin də səbəbi məhz belə hallar oldu. Onun əlindən əmlaklarını aldılar. Artıq borca düşəndə canına qəsd etdi. Yəni bu, birinci qəsd deyil. Mənim bildiyim qədər, Səttar Mehbalıyevin qəsdə apardığı ikinci adamdır. Əgər prezident bu halların qarşısını almaq istəyirsə, Səttar Mehbalıyevi, Əli Həsənovu, Ramiz Rzayevi dərhal vəzifələrindən azad etməlidir. Biz millət olaraq bunu tələb etməliyik. Əgər bunu tələb etməsək, deməli, yaşamaq haqqımız yoxdur. Çünki həmin o Zaur Həsənov və onun kimilər bizim vətənimizi, namusumuzu qoruyublar. Onlara da münasibət bizim namusumuza, qeyrətimizə, vətənimizə olan münasibətdir”.



A.İsmayılov məcburən yazdığı ərizəyə görə onunla üz-üzə gəlməkdən çəkinən Z.Həsənova baş çəkmək üçün xəstəxanaya getdiyini də bildirdi: “Ərizəni ona məcbur yazdırmışdılar. Ona görə də mənimlə üz-üzə gələndə utandığından qırağa çəkilirdi ki, məni görməsin. Amma mən ondan inciməmişdim. Çünki bilirdim ki, müharibə əlilidir. Beş uşağı var. Borca ailəsinə çörək alan adam idi. İndi bizim vətən uğrunda döyüşənlərin balaları borca çörək yeyir. Amma vətən uğrunda döyüşənlərin əmlakını əlindən alan Səttar Mehbalıyevin oğlu ədliyyə naziri Fikrət Məmmədovun oğlunun çənəsini sındırır, həmin gün Fikrət Məmmədovun müdaxiləsindən sonra dərhal həbs olunur, o biri gün həbsdən azad olunur və işdən çıxarılır. Sonra bölmə rəisi təyin olunur, bu gün isə Pirallahıda polis idarəsinin rəisidir. Bizim hakimiyyətin Azərbaycan xalqına, Qarabağ veteranına münasibəti budur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Səttar Mehbalıyev: “Mən nə üçün günahkar olmalıyam”

    Səttar Mehbalıyev: “Mən nə üçün günahkar ...

    29-12-2013, 13:28

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Aslan İsmayılov Səttar Mehbalıyevə cavab verdi

    Aslan İsmayılov Səttar Mehbalıyevə cavab verdi ...

    28-12-2013, 03:35

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu