GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aslan İsmayılov Səttar Mehbalıyevə cavab verdi

Aslan İsmayılov Səttar Mehbalıyevə cavab verdi

Tarix: 28-12-2013, 03:35 Bölmə :Ölkə Baxış: 841
Aslan İsmayılov Səttar Mehbalıyevə cavab verdi
"Elə bilirdi məni satın alacaq, susacam..."

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədri Səttar Mehbalıyev II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı məsələdən danışarkən tanınmış vəkil Aslan İsmayılovun ünvanına ittihamlar səsləndirib.
O, APA-ya açıqlamasında deyib ki, Z.Həsənovun belə radikal addım atmağa A.İsmayılov sövq edib: “Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Bununla bağlı da hazırda məhkəmə prosesi gedir. Biz məhkəmənin qərarını gözləyirik. Aslan İsmayılov elə dünən də mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedib qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.
Aslan İsmayılov Səttar Mehbalıyevin dediklərinə münasibət bildirib. Tanınmış vəkil “Azadlıq”a açıqlamasında bunun yalan olduğunu söyləyib: “Bu cür yalanı danışmağı bacarmaq lazımdır. Az qala məni Zaur Həsənovun özünə qəsd etməsində günahlandırsın. Səttar Mehbalıyev bu dəqiqə təşviş içərisindədir. Bilmirəm, bu işdən özünü necə qurtarsın. Ola bilsin Ramiz Rzayevin, Əli Həsənovun məsləhəti ilə məsələni mənim üstümə yönləndirmək istəyir. Guya Zaur Həsənovu mən radikallaşdırmışam. Hamı bilir ki, hüquqi yardım almaq üçün yanıma yüzlərlə Qarabağ əlili gəlib. Zaurun yanıma gəlməsi mənim Səttar Mehbalıyevlə bağlı verdiyim müsahibədən sonra olub. Yəni, Səttar Mehbalıyevlə aramızda konfilikt vardı. Zaurun sənədləriylə tanış olandan, işin mahiyyətini biləndən sonra işçimə tapşırmışam, o da bu işlə bağlı Zaurun məhkəməsində olub. Zauru ikinci dəfə həmin o obyektinin yanında görmüşəm. O mənə heç salam da vermədi. Təmənna güdmədən ona yardım etmişəm, o isə mənə salam belə vermir. Sonradan öyrəndim ki, Səttar Mehbalıyev Zauru əleyhimə ərizə yazmağa vadar edib. Guya Zaurun ərizə yazmaq, şikayət etmək fikri olmayıb. Zaur bir-iki ay obyekti işlədəndən sonra yenə qamarlayıb əlindən aldılar”.
Aslan İsmayılov Səttar Mehbalıyevin dediyi “torpaq qalmaqalına” da aydınlıq gətirib: “Onun torpaqla bağlı dedikləri də yalandır. Mənə məxsus torpaqla Zaurun obyekti Bibiheybət qəsəbəsinin əks qütblərindədir. Sadəcə Səttar Mehbalıyev Bibiheybəti dədə malı kimi zəbt edib. O, bütün məhkəmələri qanunla yox, dostu Ramiz Rzayev və qudası Əli Həsənovun hesabına udub. O cümlədən, Zaurun, başqa iş adamlarının məhkəməsini. Hamısını tapşırıqla udub. Hələ mən rəhbəri olduğu təşkilatın balansında olan sanatoriyaların ərazisini demirəm. Mənim də həmin qəsəbədə mənə 2,6 sot torpağım var. Onu əlimdən almaq istəyirdi. Məhkəmə yoluyla qarşısında duruş gətirə bilmədiyimi görüb, əlimdə olan faktlarla mətbuatda çıxış etdim. Bundan sonra mənə xəbər göndərdi ki, məhkəmə qərarı çıxarsa da, torpağına hasar çəkməyinə etiraz etmir. Mən də hasarı qanunu mənə çatacaq səddində çəkdim və bir ildən artıq da durur. Xahiş etmədən məcbur etmişəm və torpağı geri almışam”.
Vəkil onu da deyib ki, Zaur Həsənovun özünü yandırmasını mətbuatdan yox, Səttar Mehbalıyevin onun yanına göndərdiyi adamdan eşidib: “Səttar Mehbalıyevin tapşırığıyla gələn adam Zaurun özünə qəsd etdiyini bildirdi. Sonra da Səttar Mehbalıyevin sözünü çatdırdı. Dedi ki, mən bu işə münasibət bildirsəm hasarımı sökdürəcək. Bəlkə də işə bu qədər aktiv qoşulmazdım. Ancaq göndərdiyi bu sifarişi təhqir kimi qəbul etdim. Naharı həmişə Konfradasiyanın yaxınlığında olan kafedə edirəm. Oradan çıxanda Səttar Mehbalıyevin yanına getdim. İnanmırdım ki, məni qəbul edər. Dərhal qəbul etdi. Dedim, mənə ismarış göndərmisən, vaxtında səni xəbərdar etmişdim ki, elədiklərin havayı ötməyəcək. Cavabı bu oldu ki, heç nə etməyib. Bildirdim ki, mənim torpağımı əlimdən almısan Hacıbala Abutalıbov da sizə görə mənə sənəd vermir. Hacıbala Abutalıbov söhbəti ortaya bu cür çıxıb. Ondan Hacıbala Abutalıbovdan xahiş etməyi istəməmişəm”.
Aslan İsmayılov qeyd edib ki, deputat bu əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi açılmalıdır, vəzifəsindən azad olunmalıdır, deputat mandatına xitam verilməlidir. Dünən (srağagün-red) Zaur Həsənova şantajçı deyən Səttar Mehbalıyev bu gün (dünən-red) prezidentin müdaxiləsi olduğuna görə konfedrasiyanın hesabına ona 100 min manat pul ayırır. Uşaqlarına yardım edir. Zaura daha çox yardım ayrılmalıdır, ancaq konfredasiyanın hesabından yox, Səttar Mehbalıyevin şəxsi vəsaitindən ayrılmalıdır. Niyə şantajçı dediyinə belə qayğı göstərir? Səttar Mehbalıyev elə düşünürdü ki, torpağımı mənə qaytarmaqla satın alacaq, susacam. Bir daha təkrar edirəm, mən mübarizəni sona kimi aparacam”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aslan İsmayılovun həbsinə hazırlıq başladı

    Aslan İsmayılovun həbsinə hazırlıq başladı ...

    28-12-2013, 01:33

  • 
  • Aslan İsmayılov MTN-ə müraciət etdi

    Aslan İsmayılov MTN-ə müraciət etdi ...

    13-08-2013, 21:46

  • 
  • Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR

    Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR ...

    17-05-2013, 18:31

  • 
  • Aslan İsmayılov məhkəmədən qovuldu

    Aslan İsmayılov məhkəmədən qovuldu ...

    21-11-2013, 17:51

  • 
  • Aslan İsmayılovun vəkillik statusu ləğv edildi

    Aslan İsmayılovun vəkillik statusu ləğv edildi ...

    10-09-2013, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu