GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaur Həsənovun sökülən obyektinə görə 100 min manat ödəniləcək – (Yenilənib16:05)

Zaur Həsənovun sökülən obyektinə görə 100 min manat ödəniləcək – (Yenilənib16:05)

Tarix: 27-12-2013, 16:12 Bölmə :Ölkə Baxış: 799
Zaur Həsənovun sökülən obyektinə görə 100 min manat ödəniləcək – (Yenilənib16:05)
Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki, Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilir.

Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.

Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Bu gün Qarabağ qazilərinin nümayəndələrinin və atası Həsən Həsənovun AHİK-in sədri, millət vəkili S. Mehbalıyevlə görüşü olub.

* * *

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib.

Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev APA-ya bildirib ki, qərara əsasən, Z. Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.

Z. Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: “Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik”.



* * * 14:10

Səlim Müslümov da Zaura baş çəkəcək

Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran və hazırda 5 saylı klinik xəstəxanada müalicə olunan II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı vəziyyətə dövlət rəhbərliyi səviyyəsində rəsmən reaksiya verilib.

Virtualaz.org saytının hazırda xəstəxanada olan əməkdaşı xəbər verir ki, bunu Z.Həsənovun hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, I qrup Qarabağ əlili Firudun Məmmədov deyib.

F.Məmmədov daha sonra bunları söylədi: “Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu gün Zaura baş çəkməyə gələcək. Səlim Müslümov məmur özbaşınalığından bezərək canına qəsd edən Qarabağ əlilinə nə kömək lazımdırsa, edəcəklərini bildirib. Bundan əlavə, səhiyyə naziri Oqtay Şirəliyev Zaurun və uşaqlarının müalicəsinin nəzarətə götürülməsini tapşırıb. Zauru ziyarətə gələn YAP-çı deputat Siyavuş Novruzov da bizimlə görüşündə dövlət rəhbərliyinin tapşırığı ilə gəldiklərini dedi”.

Əməkdaşımız onu da bildirir ki, bu dəqiqələrdə Qarabağ əlilləri ilə AHİK sədri, deputat Səttar Mehbalıyev arasında təkrar görüş olub.

F.Məmmədov dedi ki, S.Mehbalıyev Zaurun bütün problemlərinin həllini öhdəsinə götürüb: “Səttar Mehbalıyev dedi ki, Zaurun durumu nisbətən yaxşılaşandan sonra onu öz hesabına Türkiyəyə müalicəsini davam etdirməyə göndərəcək. Biz çayxananın geri qaytarılamasını, bankın pullarının ödənilməsini tələb etdik. Mehbalıyev bu problemlərin də həll olunacağını vəd etdi”.



* * * 12:28

Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun durumu ağırlaşıb.

Virtualaz.org saytının Z.Həsənovun müalicə olunduğu 5 saylı klinik xəstəxanasında olan əməkdaşı xəbər verir ki, Qarabağ əlilinin təzyiqi düşüb, nəfəs alması çətinləşib. Buna görə də o, bu gün səhərə yaxın süni nəfəs aparatına qoşulub.

Zauru müalicə edən həkimlə əlaqə saxlayan atası Həsən Həsənov bildirdi ki, gecədən indiyədək yarasından irinli qan gəlib: “Ağrılara dözmür, iynələrin təsiri bitən kimi kritik vəziyyətə düşür”.

Yaxınlarının sözlərinə görə, Zaur 6 nəfərlik palatada qalır: “Hamısı ağır xəstələrdir. Belə ağır xəstələrin bir yerdə qalması onlara psixoloji cəhətdən də pis təsir edir. Danışa bilməsə də ağrılardan inildəyir. Həkimlər də Zaur üçün 5 gün kritik vəziyyətin olacağını bildirdilər. Bədəninin 75 faizi yanıb. Həyatı üçün təhlükə qalmaqdadır. Deyirlər gözləri tamam yanıb, təki sağ qalsın, balalarının yanında olsun”.

Əməkdaşımız xəbər verir ki, həkimlər səhiyyə naziri Oqtay Şirəliyevin xəstəxanaya gələcəyini bildirdilər: “Təmizlik işlərinə başlanmışdı. İçəriyə heç kim buraxılmırdı. Xəstə yaxınlarının sözlərinə görə, dünən səhiyyə nazirinin gəlişini eşidən xəstə yaxınları arasında nazirlə görüşmək istəyənlər olub. Hətta övladı əməliyyat edilən xəstə anası qışqıraraq nazirə şikayət edəcəyini deyib. Buna görə də xəstə yaxınlarını bu gün palatalardan çıxararaq şikayətlərin qarşısını almağa çalışıblar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Səttar Mehbalıyev: “Mən nə üçün günahkar olmalıyam”

    Səttar Mehbalıyev: “Mən nə üçün günahkar ...

    29-12-2013, 13:28

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün edibmiş

    ŞOK“Rabitəbank” Qarabağ qazisini evindən sürgün ...

    30-12-2013, 22:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu