GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aslan İsmayılovun həbsinə hazırlıq başladı

Aslan İsmayılovun həbsinə hazırlıq başladı

Tarix: 28-12-2013, 01:33 Bölmə :Ölkə Baxış: 852
Aslan İsmayılovun həbsinə hazırlıq başladı
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədri Səttar Mehbalıyev II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı məsələnin təfərrüatını açıqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə APA-ya açıqlama verən S. Mehbalıyevin sözlərinə görə, həmin ərazidə obyekti sökülən yalnız Z. Həsənov olmayıb: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, “Kurort” Səhmdar Cəmiyyəti bizə müraciət etdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib: “Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur”.

S. Mehbalıyev Z. Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: “Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Bununla bağlı da hazırda məhkəmə prosesi gedir. Biz məhkəmənin qərarını gözləyirik. Aslan İsmayılov elə dünən də mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedib qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.

A. İsmayılov da APA-ya açıqlamasında dünən S. Mehbalıyevlə görüşdüyünü təsdiqləyib. Lakin o bildirib ki, ona aid olan 3 sot torpaq sahəsi ilə Zaur Həsənovun torpaq sahəsi ayrı-ayrı yerlərdə olub: “Həmkarlar Konfederasiyası ilə aramda məhkəmə çəkişməsi olub və bu işi onlar qazanıb. Buna baxmayaraq, Səttar Mehbalıyev əlində məhkəmə qərarı olsa da, mənimlə barışıq elədi, hətta sökdürdüyü hasarımı da bərpa etməyimə mane olmadı. Dünən isə mənim yanıma adam göndərmişdi ki, Zaur Həsənovun məsələsinə qarışsam, həmin məhkəmə qərarını icra etdirəcək və hasarımı sökdürəcək. Bunu mən özümə qarşı təhqir qəbul etdim. Məhz buna görə dünən onun yanında olmuşam”.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Z. Həsənov tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılıb və Z. Həsənovun şikayətləri əsassız sayılıb.

Konfederasiya həmin məsələ ilə bağlı məhkəmə qərarlarını APA-ya təqdim edib.

Virtualaz.org-un qeydi:

Deputat S.Mehbalıyevin bu ritorikası, vəkil A.İsmayılovun ünvanına qəzəbli danışması boşuna deyil. Həm bu danışıq tərzindən çıxan nəticəyə, həm də əldə etdiyimiz xəbərlərə görə, bu açıqlamanı vəkilin həbsinə hazırlığın anonsu da saymaq olar. Hakimiyyət Qarabağ qazisinin özünü yandırmasından sonra düşdüyü bu naqolay durumdan günahı kiminsə üstünə atmaq, necə deyərlər, “günah keçisi” tapmaq taktikasının köməyi ilə çıxmaq istəyir. Xatırladaq ki, İsmayıllı hadisələrində də belə oldu. Müsavat başqanının müavini Tofiq Yaqublu ilə ReAl sədri İlqar Məmmədov təxribatçı və qızışdırıcı adı ilə həbs edildi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49

  • 
  • Özünü yandıran Qarabağ əlili və atası danışdı - (Video, Yenilənib - 4, 23:55)

    Özünü yandıran Qarabağ əlili və atası danışdı - ...

    26-12-2013, 00:35

  • 
  • «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş hadisə ilə əlaqədar açıqlama verdi - EKSKLÜZİV

    «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş ...

    25-12-2013, 16:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu