GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıya məcburi enən təyyarədə fəlakət yaşanıb - (Fotolar)

Bakıya məcburi enən təyyarədə fəlakət yaşanıb - (Fotolar)

Tarix: 7-01-2014, 13:55 Bölmə :Ölkə Baxış: 749
Bakıya məcburi enən təyyarədə fəlakət yaşanıb - (Fotolar)
Sərnişinlərdən biri: “Təyyarə daş kimi aşağı düşdü, hamı elə bildi ki, qəzaya uğradıq...”

Bazar günü - yanvarın 6-na keçən gecə Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna qəza enişi edən “Airbus A380-800” sərnişin təyyarəsində əsl fəlakət yaşanıb.

Virtualaz.org saytı bu barədə Britaniya KİV-lərinə istinadən xəbər verir. Xatırladaq ki, Sinqapur hava yolları şirkətinə aid təyyarə Londondan Sinqapura uçarkən Bakıya məcburi eniş edib. Rəsmi məlumatlarda təyyarənin məcburi eniş etməsinin səbəbi kimi salonda təzyiqin aşağı düşməsi göstərilib.

Bakı Beynəlxalq Aeroportunun texnikləri nasazlığı aradan qaldıra bilmədiyi üçün “Singapour Airlines” şirkəti sərnişinlərin arxasınca yeni təyyarə göndərməli olub.

Qeyd edək ki, “Airbus A380-800” dünyada ən böyük təyyarədir və onun göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.

“The Evening Standart” qəzetinin, BBC dünya xidmətinin və digər Britaniya KİV-lərinin bu insident barədəki xəbərlərində deyilir ki, söhbət heç də xırda texniki nasazlıqdan getmir və nəhəng layner qəzaya uğramaqdan son anda xilas ola bilib.

“Singapour Airlines” şirkətindən yayılan rəsmi açıqlamada deyilir ki, “Airbus A380-800” tipli təyyarə SQ-317 reysi ilə uçmaq üçün yanvarın 5-də axşam Londonun Hitrou aeroportundan havaya qalxıb. Uçuş zamanı təyyarənin salonunda çox güman ki, qapının möhkəm bağlanmaması üzündən hava təzyiqi aşağı düşüb və uçuş heyəti qəza enişi barədə qərar qəbul edib. Bort bələdçilərinə öz yerlərini tutmaq barədə təlimat verilib, sərnişinlər üçün oksigen maskaları açılıb. Təyyarə qəza enişinə keçib və təhükəsiz şəkildə Bakı aeroportuna enib. Aviaşirkət baş vermiş insidentə və narahatçılığa görə sərnişinlərindən üzr istəyir.

Lakin təyyarənin sərnişinlərinin bildirdiyinə görə, vəziyyət əslində kifayət qədər dramatik olub. Sərnişinlərdən biri BBC-yə bildirib ki, təyyarə göydən sanki daş kimi yerə düşməyə başladı.



“Mən elə bildim ki, hamımız öləcəyik. Heç bir xəbərdarlıq edilməmişdi, təyyarə sadəcə olaraq kəskin şəkildə idarə edilməyən formada aşağı düşdü, oksigen maskaları avtomatik olaraq açıldı, salonda dəhşətli anlar yaşandı. Hamı avtomatik olaraq düşündü ki, təyyarə qəzaya uğrayır” - deyə sərnişin bildirib.

Digər sərnişin isə “The Strait Times”ə bildirib ki, əslində təyyarədə problem uçuşun 20-ci dəqiqəsindən etibarən meydana çıxmışdı. Lakin heyət və təyyarə komandiri bu barədə sərnişinlərə heç bir xəbərdarlıq etmədi. Sərnişinin bildirdiyinə görə, təyyarə bazar günü London vaxtı ilə saat 11:15-də Hitrou aeroportundan havaya qalxıb. 20 dəqiqədən sonra təyyarənin qapılarının birindən möhkəm səs gəlib, ardınca salona soyuq hava axını daxil olmağa başlayıb. Bu vəziyyət bir neçə saat davam edib. Salonda təzyiq o dərəcədə aşağı düşüb ki, oksigen maskaları avtomatik olaraq açılıb. Oksigen maskaları o zaman avtomatik olaraq açılır ki, təyyarə qəza vəziyyətində olur. Yalnız bundan sonra ekipaj qəza enişi barədə qərar verib və təyyarə yaxınlıqdakı Bakı aeroportuna enib.

Təyyarə Bakıda enəndən sonra sərnişinlər saatlarla aeroportun gözləmə salonunda gözləməli olublar. Terri Mann adlı sərnişin facebook səhifəsində yazıb ki, reyslə uçan sərnişinlərin aqibətinin necə olacağı barədə informasiya verən yoxdur. Onlar Bakı aeroportunda ilişib qalıblar.

Mark Franklin adlı digər sərnişin isə yazıb: “Mən də həmin təyyarədə idim... Yaranmış nasazlıq barədə ekipaj bizə heç bir informasiya vermirdi, yalnız 4 saat sonra bildirildi... Otel yoxdur, bizim də vizamız olmadığından aeroportun terminalının mərtəbələrinin birində gözləməkdəyik. Deyirlər yeni təyyarə üçün hələ 14 saat gözləməliyik”.

Başqa bir sərnişin də təsdiq edir ki, oksigen maskaları təyyarənin salonunda havanın təzyiqinin aşağı düşməyə başlamasından ancaq 4 saat sonra açılıb.

Natan Felps adlı sərnişin isə “Channel News Asia” telekanalına bunları deyib: “Uçuş başlayandan sonra çox keçmədən qapıdan səs gəldi, ardınca salona soyuq hava daxil olmağa başladı. Sanki biz Pakistanın dağlıq ərazilərində gedirdik. Sonra təyyarə qəfildən sözün hərfi mənasında sürətlə yerə düşməyə başladı, çox sürətlə. Önümdəki ekranda görürdüm ki, hündürlük çox sürətlə aşağı düşür. Biz 2 dəqiqə ərzində 20 min fut (təxminən 7 min metr) hündürlük itirdik. Oksigen maskaları avtomatik açıldı, ardınca qəza xəbərdarlığı edildi. Salonda əlbəttə ki, panika var idi, ancaq mən deməzdim ki, böyük panika oldu. Sonra təyyarədə qorxunc sükut hökm sürdü. Komandir elan etdi ki, salonda təzyiq aşağı düşdüyü üçün qəza enişi ediləcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıya təcili eniş edən təyyarədə faciə baş verdi

    Bakıya təcili eniş edən təyyarədə faciə baş verdi ...

    25-01-2016, 15:30

  • 
  • Hindistan təyyarəsi Bakıda məcburi eniş etdi

    Hindistan təyyarəsi Bakıda məcburi eniş etdi ...

    11-07-2016, 23:25

  • 
  • AZAL-ın təyyarəsi məcburi eniş etdi

    AZAL-ın təyyarəsi məcburi eniş etdi ...

    11-06-2016, 15:16

  • 
  • Bakı-Naxçıvan təyyarəsi qəza enişi etdi

    Bakı-Naxçıvan təyyarəsi qəza enişi etdi ...

    16-06-2015, 08:48

  • 
  • "Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

    "Türk Hava Yolları"na məxsus təyyarədə ...

    22-11-2015, 12:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu