GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır

6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır

Tarix: 7-01-2014, 15:15 Bölmə :Ölkə Baxış: 4 599
6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır

Saxta dərman problemi hələ də dünyanın başağrısı olaraq qalır. Bu səbəbdən hər il dünyada 1 milyondan çox adam həyatı ilə vidalaşmalı olur. Hər dörd gündə Avropada gömrük işçiləri tərəfinsən bir milyondan artıq saxta dərman idxal olunur. Bu gün saxta dərmanlar kukla və oyuncaqların içərisinə yerləşdirilərək gömrükdən keçilir. Unutmayaq ki, bir neçə il öncə narkotik maddələr bu yolla gömrükdən keçirilirdi. İndi isə bu yolla dərmanlar Azərbaycan gətirilir və insanlar ölümlə üz-üzə qalır. İş o yerə çatıb ki, artıq Azərbaycanın özündə belə saxta dərmanlar istehsal olunur.
Saxta dərmanların 60 faizini Çindən gətirildiyi söylənilir. Çinlə yanaşı Rusiya, Ukrayna, Türkiyə, Braziliya, Çin, Nigeriyada da saxta dərman istehsalı edilən müəssisələr fəaliyyət göstərir. Hər gün bu saxta dərmanlardan bütün dünyada olduğu kimi, Azərbaycanda da yüzlərlə günahsız insan dünyasını dəyişir.
Aytac adlı 23 yaşlı gəncin də antibiotikdən zəhərlənməsinin əsas səbəbi saxta dərman olmuşdur. Dərmanın alındığı aptek isə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “İnam” aptekidir. Adı çəkilən aptekin ünvanı belədir: Bakı şəhəri, 6-cı mikrorayon, Svetlana Məmmədova 207, Telefon 568-83-08, 568-83-18. Belə ki, 23 yaşlı Aytaca həkim qrip olduğu üçün “Svetriaksion” adlı antibiotiki yazır. Dəfələrlə bu antibiotikdən istifadə olunduğu üçün valideynlər iynəni vurdurmaqdan çəkinməmişlər. Ən maraqlı məqam isə budur ki, Aytacın valideyninin dediyinə görə, onun anası “İnam” aptekinə girib bu dərmanı istəyən zaman, ona başqa dərmanı almağı məsləhət görmüşdülər. Lakin axşam evə gələn zaman Aytac həmin aptekə müraciət etmiş, ona həmin antibiotiki satmışlar. Nəticədə, axşam bu dərman gənc qıza vurulan zaman, beş dəqiqə sonra onun vəziyyəti pisləşmiş, şok keçirmişdir. Təcili yardım həkimlərinin tez müdaxiləsi zamanı gənc qızı yenidən həyata qaytarmaq mümkün olmuşdur.
Qeyd edək ki, adı çəkilən aptekə bizlər də baş çəkdik və araşdırmamız zamanı məlum oldu ki, “İnam” aptekində qalaqraması olmayan dərmanlar satılmaqla yanaşı, bir çox dərmanlar da reseptsiz satılır. Bundan başqa “İnam” aptekində satılan dərmanların qiymətləri də digər apteklərlə müqayisədə qat-qat bahadır. Həmin aptekin yanında “Riyad-Farm” apteklər şəbəkəsinə məxsus aptek var ki, orada qiymətlər qat-qat ucuzdur. Həmçinin həmin aptekdə dərmanlar qalaqramlıdır. Araşdırmamız zamanı məlum oldu ki, “İnam” aptekində çalışanların böyük bir qismi ixtisasca əczaçı deyil. Buranın sahibi vaxtilə çox kasıb adam olub. Lakin “İnam” apteki sayəsində qaz vurub, qazan dolduran bu aptekin sahibi olan iki qardaş mal-mülk sahibi olmaqla yanaşı “İnam-2” aptekini də yaratmağa nail olmuşlar. Belə ki, “İnam” aptekinin biri 207-ci binanın bu başında, ikincisi isə o biri başında yerləşir. Bu azmış kimi, çoxları “İnma” aptekinin sahiblərini Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin yaxını kimi tanıyırlar. Əlbəttə ki, bu söz-söhbət də boş yerə çıxmayıb. Çünki aptekdəki özbaşınalıqlar, qalaqramsız və reseptsiz dərmanların baha qiymətə satışı bir çox məqamlardan xəbər verir. Ümid edirik ki, yazdıqlarımız faktlar əlaqədar təşkilatlar tərəfindən də araşdırılacaq və “İnam” aptekindəki özbaşınalıqlara son qoyulacaq. Sözsüz ki, oradan alınan dərmandan zəhərlənən gənc qızın ailəsi artıq Səhiyyə Nazirliyinə və digər əlaqədar qurumlara da müraciət edib.
Əslində, bu gün aptek işbazlarının pula hərisliyi nəticəsində bu gün yüzlərlə adam dərman zəhərlənməsindən dünyasını dəyişir. Abşeron rayonunun Mehdiabad qəsəbəsinin sakini Zoya Allahverdiyeva evində dərman içdikdən sonra zəhərlənib. Abşeron rayon sakinləri Famil Məmmədov və Adisə Seyidova, həmçinin 2 yaşlı Ümid Mirzəyev və Nadir Qənbərov da dərmandan zəhərləniblər. Masazır qəsəbə sakini Asiya Aslanovanı isə dərman zəhərlənməsindən qurtarmaq mümkün olmayıb. Belə ki, o, xəstəxanada dünyasını dəyişib. 10 yaşlı Zəhra Quluzadəyə də iynə vurulandan sonra, o, iynənin təsirindən ölüb.
Qəribədir, Azərbaycanda Səhiyyə Nazirliyinin müavini deyir ki, saxta dərmanlara qarşı mübarizə aparılır. Lakin dərmanlardan zəhərlənmə heç kimə dövlət və ya hansısa firma tərəfindən kompensasiya ödənilmir. Bu azmış kimi, aptek rəhbərləri saxta dərman satdıqları üçün cəza belə almırlar.
Saxta dərmanların Azərbaycan bazarında yayılmasının əsas səbəbkarı yerli biznes qurmalarıdır. Biznesmenlərin dərman gətirdikləri ölkədə məhsulların orijinal variantları var. Amma daha çox pul qazanmaq üçün saxta dərmanları ucuz alıb, baha qiymətə Azərbaycanda satırlar. Dünənin güclə yaşayanları məhz bu saxta dərmanlar sayəsində variant sahibi olur, öz qayınanalarını, həyat yoldaşlarını müqəddəs ziyarətlərə göndərir, bir neçə apteklər açaraq xalqı zəhərləyirlər. Aldığımız məlumata görə “İnam” aptekinin 6-cı mikrorayonda iki filialı fəaliyyət göstərsə də, şəhərdə də filialları mövcuddur. Həmçinin, bu aptekin bir özəlliyi də var ki, burada ata, ana, qız, bir sözlə ixtisasca müəllim belə işləyə bilir.
Saxta dərman preparatlarının böyük qismi antibiotiklərdən ibarətdir. Elə maraqlısı da budur ki, “İnam” aptekində anaya satılmayan və rəva görülməyən dərman, digər satıcı tərəfindən övlada satılır ki, bu da az qala gənc qızın həyatını təhlükə altında qoyur. Bu gün dünya səviyyəsində tam 75 milyard dəyərində saxta dərman bazarı olduğu təxmin edilir.
İnternetdən edilən dərman satışında gerçək ünvanlarını gizlədən saytlardan alınan dərmanların yarısının da saxta olması faktı bəlli olubdur. Əfsuslar olsun ki, dərman firmaları dövlət və özəl xəstəxanalarda çalışan həkimlərə yüksək faiz vəd etməklə məhsullarını satdırır. Çox zaman həkimlər apteklərlə birgə işləyir və xəstəyə dərmanların məhz həkim aptekdən alınmalı olduğunu bildirir.
Cinayət Məcəlləsinin xüsusi maddəsi ilə təsbit olunub ki, istənilən şəxs Azərbaycanda qanunsuz olaraq saxta dərmanların satışı ilə məşğul olarsa, o, 2 ildən 5 ilədək məsuliyyətə cəlb oluna bilər. Səhiyyə nazirinin müavini Elsevər Ağayev də çıxışları zamanı birmənalı şəkildə qeyd edir ki, Azərbaycanda saxta dərmanlarla hər zaman mübarizə aparılır. Bizlər Elsevər Ağayevə “İnam” aptekində baş verənlər haqqında məlumat verdik. Bir aptekdən alınan dərmandan insan həyatı təhlükə altında olursa, deməli oradakı bütün dərmanlar xüsusi nəzarətdən keçməli, dərmanların bəzilərinin qaloqramasız satışının səbəbləri açıqlanmalı, işçi personalının hansı sənət sahibləri olmaları araşdırılmalıdır. Sözsüz ki, indiki dövrdə hər kəs aptek sahibi ola bilməz, özü də bir neçə aptekin sahibi. Yəqin ki, əlaqədar qurumlar bu məsələyə də xüsusi diqqət yetirəcək, əhalini zəhərləyən, dərmanları baha qiymətə satan “İman” aptekinin arxasında kimlərin durması araşdırılacaqdır.

Çinarə Vüqar

6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır
6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır
6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır
6-cı mikrorayondakı “İnam” aptekində saxta dərmanlar satılır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstanbulda Azərbaycanın adı keçən saxta dərman əməliyyatı

    İstanbulda Azərbaycanın adı keçən saxta dərman ...

    11-12-2013, 14:14

  • 
  • Azərbaycana yararsız dərmanlar bu ölkələrdən gətirilir - (Siyahı)

    Azərbaycana yararsız dərmanlar bu ölkələrdən ...

    25-10-2014, 12:24

  • 
  • Mingəçevirdə dərman mafiyası

    Mingəçevirdə dərman mafiyası ...

    30-04-2013, 21:47

  • 
  • MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ

    MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ ...

    8-10-2013, 16:30

  • 
  • Azərbaycanda dərmanlar bahalaşır

    Azərbaycanda dərmanlar bahalaşır ...

    5-02-2014, 10:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu